Cinsi istəksizliyin 13 səbəbi

Müəllif: Catwoman666
Şərhlər: 1
Baxılıb: 5 024
Səs ver:
(səs: 0)
Yuxu
Yuxudan tez durub gec yatmaq səbəblərdən biridir. Az yuxu yatan insanların orqanizmi həm fiziki və həm də mənəvi istimar olunaraq, yorulur.

Çox yemək
Mütəxəssislərə görə artıq çəki və çox yemək cinsi göstəricilərə mənfi təsir göstərir. Buna səbəb kök insanların özünə inamın itirməsidir və onlarda yaranmış cinsi komplekslərdir.

Stres
Stres cinsi həyata mənfi təsir göstərən ən böyük səbəblərdən biridir. İş stresi, pul problemləri, ailə problemləri libidonuzu azaldır və cinsi istəksizlik ortaya çıxır.

Klimaks
Bir çox qadın klimaks zamanı cinsi istəklərinin azaldığını düşünürlər. Klimaks zamanı orqanizmdə baş verən hormon dəyişiklikləri bütün bədənə təsir edir. Lakin klimaksı idarə edən dərmanlar mövcuddur.

Bədən quruluşu
Bədən quruluşunuzun görkəmi və artıq çəkinizə görə özünüzü seksual hesab etməyə bilərsiniz. İdmanla məşğul olun həm görkəminiz, həm də hormonlarınız normaya düşsün.

Dərman preparatları
Bəzi dərmanlar cinsi istəksizlik yarada bilər. Daimi istifadə etdiyiniz dərmanın dozasının artması və ya azalması da cinsi istəksizlik gətirə bilər.

Testosteron
Testosteron hər iki cinsi də maraqlandıran bir mövzudur. Kişilərdə testosteronun ən pik saatları səhərlər hesab olunur. Testosteronun səviyyəsi kişilər üçün cinsi baxımdan olduqca önəmlidir. Onun səviyyəsinin az olması cinsi istəksizliyə gətirib çıxardır.

Ereksiya
Ereksiya problemləri kişiləri cinsi həyatdan uzaqlaşdırır.

Depressiya
Əgər cinsi istəksizlik yeni başlayırsa, bu fərqində olmadığınız depressiyanın başlanğıcı ola bilər.

Münasibətlər
Cütlüklər arasında həlli tapılmamış problemlər cinsi istəksizliyə səbəb ola bilər. Cinsi həyatda mənəvi yaxınlıq olduqca əhəmiyyətlidir.

Spirtli içkilər
Spirtli içkilər kefinizi açsa da, cinsi həyata gəldikdə, faydasından çox ziyanı vardır.

Uşaqlar
Uşaqlar, cütlüklərin bir-birinə vaxt ayırmasına maneə ola bilər. Bu kimi vəziyyətlərdə uşaqlarsız qısa bir səyahətə çıxmaq məsləhətdir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri