Homoseksuallıq nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 5 447
Səs ver:
(səs: 0)
Homoseksuallıq — ( yun. ὁμός - eyni , lat. Sexus- cins) eynicinslilər arasında yaşanan romantika, eşq və ya cinsi əlaqə.Homoseksuallıq geniş mənada insanın mövcud olan seksual növlərindən(orientasiya) biri olub , özündə homoseksual orientasiya (öz cinsinden olanlara seksual meyl) , homoseksual identiklik (özünü homoseksual orientasiyalı biri kimi dərk etmə) və homoseksual davranışı (öz cinsindən olanlarla seksual təcrübə ) birləşdirir. İnsanlarda mövcud olan digər iki seksual orientasiyalara biseksuallıq ve heteroseksuallıq aiddir. Kişi cinsindən olan homoseksualların geniş yayılmış adlarından biri gey olaraq tanınır. Gey sözü fransız dilində olan "gai" sözündən yaranmışdır. Bu sözün tərcüməsi "əhli-kef" mənasını verir. Gey sözünün homoseksuallara aid edilməsi isə 1960-cı illərdən başlanılmışdır.

XX əsrin əvvələrinə qədər homoseksualların hüquq və öhdəlikləri cəmiyyətə məlum deyildi. Qədim zamanlardan, xüsusən Şərq ölkələrində homoseksuallıq günah və cinayət hesab olunurdu. Bütün səmavi dinlər, bu cür cinsi münasibəti qadağan edirdi. Bu səbəbdən homoseksualların məskunlaşdığı ərazilərdə, xüsusi nəzarət təşkil olunur və onların cəmiyyətə qarışmasının qarşısı alınırdı. Avropada homoseksuallara qarşı nisbətən mülayım münasibət göstərilsə də, Afrika və Asiya ərazilərində qeyri-təbii davranışların cəzası çox zaman ölüm hökmü olurdu. 1960-cı ildən etibarən homoseksualların hüquqları hazırlanmağa başlandı. Homoseksuallar onlara cəmiyyətdə seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzun müddət aparılan mübarizəyə baxmayaraq, yanız 2001-ci ildə Hollandiyada geylərin evlənməsinə rəsmən icazə verilmişdir. Hollandiyada eyni cinsdən olanlara evlənmək və övladlığa uşaq götürmək hüququ verildikdən sonra Belçika, İspaniya, Kanada, CAR, Norveç, İsveç, Portuqaliya və İslandiyada da oxşar qanunlar qəbul edilmişdir. İran, Somali və Səudiyyə Ərəbistanı kimi bəzi ölkələrdə bu tip evlilikləri təşkil etmək ölüm hökmü ilə nəticələnir. Hazırda xəstəliklərin adlandırılması ,təyini Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT-10) əsasən müəyyən edilir. Homoseksualizm 17 may 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılığa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti tərəfindən aparılan 5 illik tədqiqatdan sonra "Ruhi Xəstəliklərin Çin Təsnifatı"ndan silinmişdir. Homoseksuallığın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Niderland beyin institutunun direktoru, neyrobioloq Dik Svaab hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doğulmamışdan əvvəl müəyyənləşir. Amerika Pediatriya Akademiyası 2004-cü ildə bəyan etdi : " Böyük ehtimalla , seksual orientasiya konkret bir faktorla deyil , genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşir ". Kral Psixiatriya Kollegiyası (Böyük Britaniyanın əsas professional psixiatrlar assosiasiyası) 2007-ci ildə bəyan etdi : "Təxminən bir əsrlik psixoanalitik və psixoloji spekulyasiyaya baxmayaraq,şəxsin homoseksual yaxud heteroseksual olmasında tərbiyənin xarakteri və erkən uşaqlıq təcrübəsinin hər-hansı rolunu göstərən heç bir dəlil yoxdur.Görünür ki, seksual orientasiya bioloji təbiətli olub,genetik faktorların və erkən bətndaxili mühitin mürəkkəb qarşılıqlı təsiri ilə əvvəlcədən müəyyən olunur.Buna görə də cinsi orientasiya şəxsin özü tərəfindən seçilmir." 17 iyun 2011 ci ildə BMT ilk dəfə olaraq , "insan huquqları,sexsual orientasiya ve gender bərabərliyi” qətnaməsini qəbul etdi. Qətnaməyə əsasən ,sexsual orientasiyaya görə diskriminasiya qadağan edilir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri