Klimaks xəstəlik yox, sindromdur.
«Klimaks» aylıq tsiklin ömürlük olaraq kəsilməsi deməkdir. El arasında klimaksı bəzən xəstəlik adlandırırlar.
Klimakterik
dövr 45 - 50 yaş arasında klimakterik simptomlarla müşahidə olunur. Bu
simptomlar 3 qrupa bölünür. Birinci qrupa neyroveqetativ dəyişikliklər
aiddir ki, bu zaman qadının bədəninin yuxarı ətraflarına istilik gəlir,
dərisi quruyur, halsızlaşır, yuxusu pozulur, arterial təzyiqi tez-tez
qalxır. Hətta bədənin bəzi yerləri keyiyir və qıcıqlanmalar hiss olunur.
İkinci qrupa endokrin mübadilə proseslərinin pozulması daxildir. Bu
vaxt qadında kökəlməyə meyl artır. Eyni zamanda qalxanvari vəzilərin
funksiyası pozulur, oynaqlarda və əzələlərdə ağrılar olur. Üçüncü qrupa
isə psixoemosional pozğunluqlar daxildir. Bu klimakterik dövrün ən ağır
mərhələsidir. Bu zaman insan daim əsəbi olur. Ağlamağa meyillilik,
yaddaşın zəifləməsi halları əmələ gəlir.
Klimakterik sindromun ilkin əlamətləri.
Klimakterik
sindromun əsas və ilk əlamətindən biri bədənə tez-tez istilik
gəlməsidir. Bu hal gün ərzində 5-10, bəzən 20 –yə çatmaqla, 30 dəqiqə
davam edir. Çimnaz Atayevanın dediyinə görə, dünyada çox az sayda qadın
klimaks dövrünü rahat keçirir: «Klimaks qadınların həyatında ən çətin
dövrdür. Klimakterik dövrdə qadın bədəninin hər yerində dəhşətli ağrılar
hiss edir. Ən çox isə qadınlar baş ağrısından, tərləmədən və üşütmədən
şikayətlənirlər. Klimaks dövründə eyni zamanda qadında qorxu hissləri
əmələ gəlir, güclü ürəkdöyünmə olur və tez-tez hirslənir. Bütün bunlar
klimakterik dövrə girişin göstəriciləridir. Bəzən bu simptomlar özünü o
dərəcədə qabariq şəkildə göstərir ki, qadın hərəkət etmək qabiliyyətini
itirir. Belə olduqda xəstəni hospitalizə etmək məcburiyyəti yaranır».
Klimakterik dövrdə endokrin sistemdə də çox böyük dəyişikliklər baş
verir. Və esirogen çatışmamazlığı nəticəsində qadınlar sümüklərində
ağrılar hiss edir, oynaqlarda deformasiyalar baş verir. Qeyd edək ki,
klimakterik dövrdə sümük yumuşalır və bədəndə sınıqlar əmələ gəlir.
Həkim – genekoloq bunun qarşısını almaq üçün qadınlara hormonal
dərmanlarla müalicə olunmağı məsləhət görür: «Klimaks dövründə qadın
eyni zamanda malemoqrafiya, histoloji müayinələrdən keçməlidir.
Ümumiyyətlə, qadınlar klimakterik dövrdə tez-tez genekoloqa müraciət
etməlidirlər. Çünki bu vaxt edilən hər hansı bir yanlışlıq qadını şikəst
edə bilər. Qadının yaşlılıq dövrünü sağlam yaşaması, yataq xəstəsi
olmaması üçün bu şərtlər vacibdir. Yaxşı olar ki, qadınlar klimakterik
dövrdə genekoloqla bərabər psixoloqa da müraciət etsinlər. Elə etmək
lazımdır ki, həyatın ən məsuliyyətli, qayğıya ən çox ehtiyacı olan
klimakterik dövr qadına əzab-əziyyət yox, normal həyat tərzi, yaşamaq
həvəsi versin».
Klimakterik dövrdə yaranan xəstəliklər.
Qadın
aylıq tsikldən kəsildikdən, yəni klimaks dövrünə başladıqdan sonra
həyatında baş verəcək bütün dəyişikliklərə hazır olmalıdır. Bu dövrdə
yarana biləcək xəstəliklərin qarşısını almaq bəzən mümkün olmur. Klimaks
dövründə bədəndə olan mikrobların sayı günü-gündən artır. Qadında
insult, infaktkeçirmə, kor olma, şəkər xəstəliyinə tutulma risqi artır.
Klimaks dövründə qadınlarda yaranan xəstəliklərdən biri də sümük
əriməsidir. Bel sümüyünün əyilməsi də klimakterik dövrdə əmələ gələn
fəsadlar sırasına daxildir. Bəzən də elə olur ki, klimakterik dövrdə
qadınlar bədənlərində qızartıların, ləkələrin peyda olmasından
şikayətlənirlər. Həkim-genekoloq bunun normal olduğunu bildirir: «Bu
qızartılar əsasən, boyun nahiyələrində olur. Bu, qorxulu hal deyil.
Qadınların 70 faizində bu qızartılar vaxt keçdicə yox olur. Ancaq
onların 30 faizində sözügedən ləkələr ömürlük qalır». Ümumiyyətlə,
klimakterik dövrdə dəri öz elastikliyini, təravətini itirir. Bunun üçün
dəriyə daim qulluq etmək lazımdır.
Klimakterik dövrdə qidalanmaya diqqət edin.
Bəzən
qadınlar klimaks dövrünü rahat keçirmək üçün özlərini bəzi
tərəvəzlərlə, otlarla müalicə etmək niyyətinə düşürlər. Çimnaz Atayeva
bunun çox təhlükəli olduğunu deyir. Qadınlar daha çox tərkibində kalsium
olan tərəvəzlər yeməlidir. Ən əsası isə qan artıran tərəvəzlərdən, nar,
albalı kimi meyvələrdən uzaq olmalıdırlar. Klimakterik dövrdə çox isti
çay və kofe içməyin, günəş altında az gəzin. Tərkibində yağ olan yeyinti
məhsullarından az istifadə edin.
Erkən klimaks.
Tibb
elmində klimaks dövrünü erkən yaşlarda başlayan xanımlara da rast
gəlinir. Çimnaz Atayeva erkən klimaksın normal olmadığını deyir: «Bəzən
elə olur ki, bizə 30 yaşında klimaks dövrünə girən xəstələr müraciət
edir. Bu insan ömrünü 10 il azaldır. Erkən klimaks dövrü ən çox 30
yaşına kimi ana olmayan qadınlarda müşahidə olunur». Siqaret çəkən
qadınlarda da klimaks dövrü 3 il erkən başlayır. Çünki siqaret və
spirtli içki yumurtalıqların kiçilməsinə səbəb olan amillərdəndir. Eyni
zamanda vegeteryanlara da klimaks dövrü erkən başlayır və çox ağır
keçir.
Kişilərdə də klimakterik dövr olur
El
arasında çox yayılmasa da tibb elmində kişilərdə də klimakterik dövrün
olduğu müəyyənləşdirilib. Belə olduqda yaşlı kişilərin qadınlarına olan
istəkləri azalır. Klimaks dövründə olan kişilərdə gənc qızlara
meyillilik artır. Ancaq bu hal uzun davam etmir. Kişilər klimaks dövrünü
qadınlar qədər çətin keçirmir.
Dünyada
25 milyondan çox qadın klimaks dövrünü lap ağır keçirir. Onların 15 %
isə bu dövrdə yaranan xəstəliyə tab gətirə bilmir və dünyasını dəyişir.
Klimakterik dövrdə qadınların 30 % sümük əriməsindən, 12 % depresiyadan,
20 % isə amneziyadan əziyyət çəkir.