Daha yaxşı sevişmək üçün nə yemək lazımdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 025
Səs ver:
(səs: 3)
Aparılan son araşdırmalar bəzi vitamin və mineralların hormon səviyyəsini yüksəltdiyini, həssaslıq hissini və intim arzusunu fərqinə varılacaq ölçüdə artırdığını göstərir.

Çiyələk

Dolğun və sevimli kiçik çiyələklər onsuz da olduqca intimual bir görünüşə sahibdir. Amma bundan daha əhəmiyyətlisi çiyələklərin bol miqdarda antioksidan və qan dövranını sürətləndirən maddələr tərkibli olması və bunun da özünüzü çox enerjili hiss etmənizi təmin etməsi.

Yumurta
Qatı, qaynamış və ya omlet şəklində yediyiniz hər növ yumurta B6 vitaminləriylə dolu olaraq qabınıza gəlir. Bu vitaminlər, bədənimizin hormon tarazlığını nizamlayır və stresslə başa çıxmamıza köməkçi olur. Stressdən təmizlənmək və rahatlamaq da sağlam cinsəlliyin ilk addımıdır. Cinsi həyatınız çox da yaxşı getmirsə özünüzə bir omlet bişirin və işləri nizama qoymağa başlayın. Əgər yumurtadan xoşlanmırsınızsa yenə B6 vitaminindən zəngin olan; ispanaq, göy noxud, kök, buğda və ya balığı seçim edə bilərsiniz.

Ət
Ət sevənləri sevindirək: Dana və tünd rəngli ev heyvanlarına aid ətlər, sevişmə istəyini basqılayan "prolaktin” kimi hormonların istehsalına mane olur. Eyni təsiri ala biləcəyiniz qara düyü, lifli yaşıl tərəvəzlər, asan parçalanan pendir, üyüdülmüş çörək də sizə köməkçi olacaq.

Sarımsaq
Sarımsağın ən məhşur xüsusiyyəti nəfəsinizi saatlar sonra belə mitinqi dağıtmaya səbəb ola biləcək bir silaha çevirməsidir kimi düşünürsünüzsə, Yanılırsınız. Bunu bir tərəfə buraxsaq bu iti ləzzət başdan sona bədəninizdəki bütün qan dövranını sürətləndirib intim həyatınıza yeni bir dad gətirəcək. Təbii, intimdən bir neçə gün əvvəl yeyərsinizsə!

Şokolad

Qadınların tam əksəriyyətinin şokolad yeməyi sevmələrinin səbəbi bu təamdakı metilksantin maddəsidir. Şokolad insanın özünü daha yaxşı və romantik hiss etməsinə kömək edir. Və içərisindəki feniletamin maddəsi də daha tez bir-birinə bağlanmağınıza, onu sevmənizə kömək edəcək.
(səs: 3)
Şərhlər: 1
Baxılıb: 5 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri