Prezervativ: sevişənlərin dostu, yoxsa düşməni? – HAMI OXUSUN

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 7 877
Səs ver:
(səs: 0)
Mütəxəssislər cinsi xəstəliklərdən, virus və infeksiyalardan, eləcə də arzuolunmaz hamiləlikdən qorunmaq üçün hər zaman qorumalı cinsi əlaqəni məsləhət görürlər. Cinsi akt zamanı qoruyuculardan - prezervativlərdən istifadə bu cür xəstəliklərin yoluxma  riskini azaldır. Ancaq fərdlər qorumalı cinsi əlaqəyə çox da yaxşı münasibət bəsləmir.  "Rezinlə həzz almaq mümkün deyil”, "Prezervativ istifadə etməkdənsə, əlaqədə olmamaq daha yaxşıdır” kimi fikirlər səsləndirərək, qorumasız cinsi əlaqəyə üstünlük verirlər. Bəzi kişilər prezervativdən istifadəni özlərinə sığışdırmır, bəzi qadınlar isə qorumalı cinsi əlaqəni özlərinə təhqir kimi qəbul edirlər. Hətta qorumalı cinsi əlaqənin fahişələr və ya birdəfəlik cinsi münasibətlər üçün olduğunu düşünənlər də var. Tibb adamlarına görə isə, insanlar bir partnyorlu olsa belə, cinsi akt zamanı qoruyuculardan istifadə etməlidir. Çünki qoruyucular eyni zamanda arzuolunmaz hamiləliyin də qarşısını alır.
 
Məlumat üçün bildirək ki, prezervativdən istifadə qədim tarixə malikdir. İlk prezervativ 1640-cı ildə donuz bağırsağından hazırlanıb. Bu qoruyucu ən qədim prezervativ kimi Avstraliyada muzeylərin birində nümayiş etdirilir. Qədim prezervativlər heyvan bağırsaqlarından hazırlandığı üçün istifadə edilməmişdən öncə süddə saxlanılması məsləhət görülürmüş. Yəni hər şey indiki kimi rahat deyilmiş. Həmin dövrlərdə prezervativlər hamiləliyin qarşısının alınması üçün istifadə edilirdi. Fransada isə prezervativ ilk dəfə XVII əsrin sonlarında ixtira edilib.
 
Hazırda isə şirkətlər qalın, incə, rəngli və qoxulu, meyvə dadlı, vibrasiyalı və s. bu kimi fərqli prezervativlər istehsal edirlər. Prezervativ istehsalında çox zaman lateksdən istifadə olunur. Lateksə allergiyası olan şəxslər üçün isə poliuretan prezervativlər var. Poliuretan bədən tempreturuna tez uyğunlaşır və qadın prezervativlərinin vagina daxilinə daha tez yapışması üçün əlverişlidir.
 
Qeyd edək ki, prezervativlərin qadınlar və kişilər üçün ayrı-ayrı formaları mövcuddur.  Ancaq cinsi aktlar zamanı kişi prezervativlərindən daha çox istifadə edilir. Qadın prezervativlərinin başqa adı femidomdur. Omların bir ucu bağlı, digər ucu silindrik formadadır və daxilə qoyulur. Cinsi əlaqədən 8 saat əvvəl də qoyula bilən qadın prezervativləri hepatit, QİÇS, göbələk və digər xəstəliklərdən zəmanətli qoruyucu vasitədir.
Cinsi əlaqə zamanı prezervativlərin həzz vermədiyinə dair fikirlər, eləcə də apteklərdən alarkən utanma kimi amillər ölkədə prezervativ istifadəsinə böyük təsir edir. Yəni hər kişi aptekdən prezervativ almağı özünə sığışdırmır və ya utanır.
Ancaq dünyada 46 milyon cütlüyün mütəmadi olaraq prezervativdən istifadə etdiyi təxmin edilir. Təhsil səviyyəsi, sosiallaşma inkişaf etdikcə insanlar prezervativdən istifadəyə daha çox üstünlük verirlər.
Sizə prezervativdən istifadə qaydalarını anlatmayacağıq. Ancaq qeyd etməliyik ki,  istifadə zamanı prezervativin deşilməsi və ya cırılması hallarının qarşısını almaq üçün əczaçının verdiyi hər hansı prezervativi deyil, özünüzün yaxşı bildiyiniz markanın istifadə müddəti bitməmiş məhsullarına üstünlük verməlisiniz. 
Mütəxəssislər bildirir ki, cinsi xəstəliklər qorumasız cinsi əlaqə zamanı daha çox yayıldığı üçün prezervativ cinsi akta başlamazdan əvvəl, yəni ilk təmasdan öncə taxılmalıdır. Və hər bir əlaqədən sonra yeni prezervativ istifadə edilməlidir.
 
Androloq Kamil Baxşiyevin sözlərinə görə, xalq arasında "prezervativ həzzi öldürür” mifini aradan qaldırmaq üçün gecikdirici prezervativlərdən istifadə etmək lazımdır. Çünki bu qoruyucuların tərkibində benzokain maddəsi var və bu da dəri ilə təmas edərək, cinsi həzzi daha da artırır. Bu prezervativlər çox nadir halda qızarma, qaşınma, sürtünmə və  yanma kimi problemlər yaradar. Bu həssaslıqlar yalnız kişilərdə deyil, qadınlarda da müşahidə edilə bilər.
Həkim bildirir ki, kişilər bu qoruyuculardan istifadə etməmək üçün çox zaman prezervativlə erkən boşaldıqlarını iddia edirlər, ancaq bu, sadəcə bəhanədir: "Erkən boşalma çox zaman ya psixoloji problemlə əlaqəli olur, ya da hər hansı bir fizioloji xəstəliklə. Erkən boşalma nizamlı cinsi əlaqə ilə aradan qalxır. Yox, əgər nizamlı cinsi əlaqənizin olmasına baxmayaraq, erkən boşalma probleminiz aradan qalxmayıbsa, həkimə müraciət edin”.
 
Androloq deyir ki, cinsi əlaqədən çox həzz almaq üçün vibrasiyalı prezervativdən istifadə edilir. Bu prezervativlərin üzərində vibrasiya halqası olur ki, o halqa vaginaya daha çox xəbərdarlıq edir və həzzi yüksəldir. Kişilərdə isə boşalma müddətini uzadır: "Rəngli, qoxulu prezervativlər də cinsi həzzi yüksəldir. Bu prezervativlər qoxusuna görə, hissləri artırır. Onların allergiya yaratması çox nadir halda müşahidə edilir. Prezervativlər doğru istifadə edildiyi zaman 97 faiz qoruyucu təsirə malikdir. Tərəfləri cinsi yolla yoluxan xəstəliklərdən qoruyur. Prezervativlərin sağlamlığa heç bir zərəri yoxdur və hər yaşda kişilər istifadə edə bilər. Prezervativdən yeni istifadə etməyə başlamısınızsa, buna öyrəşənə kimi müəyyən çətinlikləriniz ola bilər. Məsələn, cinsi əlaqənin ani kəsilməsi, ereksiyanın baş tutmaması və s. Bu da psixoloji problemlərdir”.
 
Qeyd edək ki, apteklərdə prezervativlərin qiyməti çox da baha deyil. Yəni siz hər hansı bir xəstəlikdən qorunmaq üçün 3-20 manat arası xərcləyərək özünüzü sığortalaya bilərsiniz.
Aptekdən qoruyucu almağı özünə sığışdıra bilməyən kişilərin diqqətinə çatdırırıq ki, prezervativdən istifadə kişini alçaltmır, əksinə, qarşı tərəfə başa salır ki, o, özünü qorumağı bacarır və sağlamdır. Bu, sizi daha da sevimli etmirmi?
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 7 877
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri