Cinsi xəstəliklərdən bu cür qorunun - YOLLARI

Müəllif: NoName
Şərhlər: 5
Baxılıb: 1565
Paylaş:
Səs ver:
(səs: 2)
Cinsi yolla keçən xəstəliklər ancaq cinsi xəstəliyi olan biri ilə əlaqə zamanı, ya da fiziki təmas əsnasında keçir. Təbii ki, birdən çox seks partnyoru olan insanların bu xəstəliklərə yoluxma riski daha yüksəkdir.
 
Hazırda çox sayda cinsi yolla keçən xəstəliklər məlumdur. Ən çox rast gəlinəni QİÇS, Hepatit B, sifilis, xlamidios, genital herpes, lenfogranuloma venereum kimi xəstəliklərdir.
 
Xəstəliyə səbəb olan faktora bağlı olaraq xəstənin şikayətləri müxtəlif ola bilər. Əsasən qadında anormal vaginal axıntı olur, çox zaman vaginal-vulvar həssaslıq və əvvəllər hiss edilməyən pis qoxu gələ bilər. Sidik ifraz edərkən yanma, ağrı, tez-tez sidik ifraz etmə, qasıxlarda şişlik və vəzlər, qarnın alt hissəsində ağrı, cinsi əlaqə zamanı ağrıdan sonra qanama ilə bərabər digər simptomlar. Lakin unutmayın ki, cinsi yolla keçən xəstəliklərdə bu əlamətlərin biri və ya bir neçəsi birlikdə müşahidə edilə bilər. Diaqnoz və müalicə üçün cinsi yolla keçən bir xəstəlikdən şübhələndiyiniz zaman mütləq həkim müayinəsinə gedin.
 
Bu xəstəliklərdən qorunmaq üçün güvənli cinsi münasibət vacibdir. Cinsi əlaqə zamanı prezervativdən istifadə təmas zamanı bədəndəki mayelərin yoluxmasının qarşısını aldığı üçün qorunmağı yüksək dərəcədə təmin edir. Cinsi baxımdan tərəf müqabilinizin çox olması xəstəliyə yoluxma riskini də artırır. Başqalarının istifadə etdiyi şpris, iynə və ya ülgüc kimi qanın bulaşdığı əşyalardan təkrar istifadə qəti qadağandır.  
 
Vaginal xüsusən, göbələyə bağlı infeksiyalar tez-tez rast gəlindiyi üçün ginekoloji müayinələrin böyük bir hissəsini təşkil edir. Vaginal infeksiyalardan qorunmaq üçün vaginal bölgənin gigiyenasına, tez-tez yuyulması və xüsusən gigiyenik vasitələrlə təmizlənməsinə xüsusi diqqət edin. Ətirli sabun və duş gellərindən qaçın. Bu cür sabunlarda kimyəvi maddələr göbələk infeksiyalarının yaranmasına səbəb olur. Eyni vəziyyət yuyucu vasitələrə də aid edilir. Sintetik materialdan hazırlanan geyimlər və alt paltarları seçməniz məsləhət deyil. Ətirli sabunlar, dezodorantlar və hamam köpükləri ilə yaxından təmas etməyin.
 
Cinsi yolla keçən xəstəliklərin müalicəsi həkim nəzarəti altında olmalıdır. Qadınlar və kişilər həm öz sağlamlıqlarını qorumalı, həm də sevdikləri insanın sağlamlığını təhlükəyə atmaqdan çəkinməlidirlər. Şikayətiniz varsa, bundan utanmayın və həkimə müraciət edin. Unutmayın ki, risksiz cinsi münasibət üçün mütləq lazımi tədbirlər görülməlidir.

loading...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1565
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Kölge
Allah uzaq elesin
28 aprel 2016 12:29
5
Her şeye gore şukur
Online
son bahar
Qadin ayda bir defe vaginal muayinede olmalidir mutleq
28 aprel 2016 11:19
4
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
YalniZ-ArZu
Artiq necenci meqaledi oxuyuram ki,gellerden,etirli sabunlardan.antiperspirantlardan,bezlerden uzaq durun.Bes bunlari neden otru icad edibler?Qadinlarin etrafda onsuzda duwmeni coxdu,gerek istifade etdiyimiz butun gigiyenik mehsullar da duwmenimiz olsun?Hamisinnan istifade edirem,onsuzda yediyimiz icdiyim hamisi suni,ziyanli weylerdir,wampunnan qalib ne olacaq???
28 aprel 2016 10:57
3
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
BARBI
Cinsi yolla kecen bir sira xestelik var. Bunun ucun hekime muraciet etmeli bu xestelikleri yoxlaaliyiq
28 aprel 2016 08:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
her ay hekim baxmalidir saglamligimiza..twkler
28 aprel 2016 02:01
1
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv