Cinsi
münasibətinizi daha yaxşı istiqamətdə gücləndirmək istəyirsinizsə
mütləq qidalanmanıza fikir verməlisiniz. Çünki bəzi qidalar var ki, sizə
lazım olan enerjini, gücü və istəyi verərək afrodiziyak təsiri yarada
bilir. Amma belə qidaları təbii şəkildə qəbul etmədikdə
sağlamlığınıza da zərərləri olar. Məhz bu səbəbdən də təbii qidalara
üstünlük verin. Bəs sizin cinsi istəyinizi artıracaq həmin qidalar
hansılardır? Biz sizə həmin faydalı və təbii qidalar haqqında
kiçik araşdırmamızı təqdim edirik.
Şokolad
Romantika
və ehtirasın rəmzi halına gəlmiş şokolad qadınlarda 4 qat daha çox
endorfin istehsal etməyə kömək edir. Cinsi münasibətinizin daha uzun və
ehtiraslı olmasını istəyirsinizsə əvvəlcədən bir neçə dilim şokolad yeyə
bilərsiniz.
Portağal
Portağal
turşu tərkibli meyvə olması ilə yanaşı, həm də, ehtiras və istək
yaradıcı təsirə malikdir. Verdiyi yüksək enerji sayəsində cinsi
həyatınız daha rəngli və hərəkətli olacaq.
Yumurta
B5
və B6 vitaminlərini qəbul edəcəyiniz ən təbii qaynaq məhz yumurtadır
desək, yanılmarıq. O sizin stresslə mübarizə aparmağınıza kömək edir.
Cinsi münasibət zamanı diqqətinizin dağılıb digər məsələlər haqqında
düşünməməniz üçün bol-bol yumurta yeməyiniz məsləhətlidir.
Qarpız
Təbii
viaqra təsiri bağışlayan qarpız, daha çox kişilərin qəbul etdikləri
zaman cinsi həyatınızı gözəlləşdirəcək və münasibətinizi uzunmüddətli
edəcək. Qarpızın tərkibindəki amin turşuları qanın ponpalanmasını
sürətləndirir. Buna görə də, mövsümü gəldiyi zaman bacardığınız
qədər qarpız yeməyə üstünlük verin. Ereksiya problemi olanlar üçün də
təbii müalicə olaraq qəbul edilə bilər.
Qulançar
Hazırda
mövsümü olan qulançar kişi və qadınlarda şəhvət hissini artıran
xüsusiyyətə malikdir. A və C vitaminləri ilə zəngindir, eyni zamanda da,
tərkibində bol miqdarda lif və kalium var. Bədənin orqazma çatmasını
təmin edən histamin hormonunun da daha çox olmasına şərait yaradır.
Sarımsaq
Cinsi
iştahanı artıran sarımsaq, seksin daha keyfiyyətli hala gəlməsinə
şərait yaradır. Təbii antibiotik vəzifəsi görən sarımsaq, cinsiyyət
orqanlarınızda meydana gələ biləcək iltihablanmaların da qarşısını
alacaq.
Zəfəran
Tez
bir zamanda nəticə əldə etmək istəyirsinizsə bütün yeməklərinizə mütləq
zəfəran əlavə edin. Cinsi istəyi artıran qidalar arasında ilk sıralarda
olan zəfəran, Hindistan və İspaniya mətbəxinin demək olar ki, bütün
yeməklərinin tərkibində var.