Sperma allergiyası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 72 468
Səs ver:
(səs: 1)
Sperma allergiyası nədir, əlamətləri nələrdir, diaqnoz və müalicəsi üçün nələr edilməlidir?
Sperma allergiyası, əlaqədən sonra kişinin spermasına və ya spermanın mayesinə qarşı qadındakı vaginal dəyişikliklərdir. Əlamətləri klassik allergiya əlamətləridir. Vaginada yanma, şişmə, ağrı, qaşınma, qızarma kimi…
Bəzən sistemik hala da gələrək, bütün bədəndə də allergiya əlamətləri kimi görünə bilər. Üzdə, qol və ya qıçda ola bilər. Bu daha çox allergik baxımdan həssas olan fərdlərdə özünü göstərir.
Əlaqə əsnasında və ya əlaqədən sonra qadının vaginasında yaranan şiddətli ağrı, yanma kimi ifadə olunan, vajinada tahriş, ağrılı əlaqə, çətin əlaqə kimi vəziyyətlərdə sperma allergiyasından şübhələnmək daha doğrudur.
Kişi və qadın bədənində hər vaxt üçün xarici maddələrə və mikroblara qarşı bədənimiz bizi qorumaq üçün bir baryer əmələ gətirir. Sperma allergiyası da bu tərz bir baryerdir. Çünki spermanın tərkibində müxtəlif növ maddələr və zülal vardır. Bunlar kişi üçün nə qədər təbiisə, kişiyə xas olsa da bir qadın üçün xarici bir maddə hesab olunur. Bu səbəbdən xüsusilə allergik baxımdan həssas şəxslərdə sperma və spermadakı zülallar allergik reaksiya meydana gətirə bilər.
Sperma allergiyası testi sperma mayesinin içindəki anticisim nisbəti araşdırılaraq edilir. Dəri testləri ilə də edilə bilər. Bu testi etmək üçün bəzi şeyləri də ayırmaq lazımdır. Məsələn, əlaqə əsnasında istifadə edilən sürüşkənləşdirici kremlər, bir sıra cinsi oyuncaqlar, lateks maddəsinə qarşı bir allergiya, qadında olan sidik yolları infeksiyası, kandida göbələyi kimi müxtəlif allergik vəziyyətlər və patogenlerin ayrılması lazımdır.
Bu vəziyyət hamilə qalmağa birbaşa təsir etməz. İmmunitet sistemi ilə əlaqədar olaraq çox ciddi çətinliklər olmadığı müddətcə aşağı nisbətdə sonsuzluğa yol aça bilər. Qandakı anticisimlər spermanın hərəkət edərək yumurtaya çatmasına və yumurtanın döllənməsinə mane ola bilər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 72 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri