Cinsəl sağlamlıq : Siflis xəstəliyinin əlamətləri və müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 19 708
Səs ver:
(səs: 2)

alt

 

 

  Siflis tibbdə "Treponema pallidum" adlandırılan bakteriyanın səbəb olduğu müalicə edilmədiyi zaman orqanizmin böyük bir hissəsinə təsir edən və əsasən cinsi yolla yoluxan bir xəstəlikdir.
Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən dünyada hər il təqribən 12 milyon insan siflisə yoluxur. 90% yoluxma səbəbi cinsi əlaqə olsada bəzən bədəndəki açıq yaralardan da keçməsi mümkündür. Xəstəlik həmçinin qan vasitəsi ilədə keçə bilər. Siflisə yoluxmuş hamilə qadınlarda əksər hallarda xəstəlik ana qanından körpəyə keçir və nəticədə uşaq ya ölü doğulur ya da vaxtindan əvvəl doğulduğu üçün ölür.


Əlamətləri: İlk olaraq bakteriyanın orqanizmə daxil olduğu yerdə (Əsasən cinsi orqan ətraflarında) qırmızı rəngdə təqribən 1 sm böyüklüyündə ağrısız, qırmızı və sulanmış çibanlar yaranmağa başlayır.
Əgər müəyyən müddətə müalicə olunmasa bakteriya orqanizmin bir çox bölgələrinə əsasən əl və ayaq nahiyələrində qırmızı səpkilər şəkilində özünü göstərməyə başlayır. Bir müddət sonra isə xəstəlik göz, beyin və sinir sistemi kimi daxili orqanlara qarşı hücuma keçdiyi üçün xaricdə öz əlamətlərini itirir və xəstəliyin keçdiyi zənn edilir nəticədə isə xəstəlik iflic və ya ölümlə nəticələnir.


Müalicəsi: xəstəliyə yoluxma halı müəyyən edilən kimi dərhal həkimə müraciət vacibdir, çünki xəstəlik inkişaf etdikcə orqanizmdə yol açdığı dəyişiklikləri sonradan bərpa etmək mümkün deyil.
Xəstəlik sinir sisteminə təsir etdikdə isə müalicə iki ilə qədər davam edə bilər.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 19 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri