Cinsi əlaqə beynimizə nələr edir?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 28 586
Səs ver:
(səs: 0)
Cinsi əlaqə insan həyatında əhəmiyyətli yer tutan və ən maraqlanılan mövzulardan biri. Elm adamları uzun illərdir insanları bu qədər təsir edən cinsiliyi araşdırır ancaq üzərində işləməsi çox da asan bir mövzu olmadığı söyləyir.

Təcrübəliklərin beyinləri cinsi fəaliyyətlər əsnasında MRI maşınlarıyla araşdırılaraq nəticələrə çatmağa çalışılır.

Rutgers Universitetindən psixologiya professoru Barry R. Komisaruk, cinsəlliyin beyni necə təsir etdiyini tapmanın cinsi əlaqələri inkişaf etdirəcəyini və hətta sağlamlıq üzərində də bir çox təsiri olacağını söyləyir.

Seks narkotik kimidir
Seks insanlara özlərini yaxşı hiss etdirər, bu səbəblə insanlar davamlı arzu içərisindədir. Seksdən alınan zövq dopamin hormonun ifraz olunmasıyla əlaqəlidir. Bu hormon beynin mükafat mərkəzini hərəkətə keçirən bir xəbərdarlıqçı reaksiyadır.

Seks antidepresan vəzifəsi görə bilər
Albany Universitesində 300 qadın üzərində edilən işin nəticəsində, qondom istifadə etmədən seks edən qadınların istifadə edənlərə görə daha az depresif olduğu ortaya çıxdı.

Ağrıları keçirə bilər
'Bu gecə olmaz, başım ağrıyır' sizin üçün heç doğru bir bəhanə deyil çünki əslində seks, ağrılarınıza yaxşı gələ bilər.

Araşdırmaçılar, cinsi əlaqə əsnasında bədən tərəfindən sinir sistemləri vasitəsilə çıxarılan və ağrıya dayanıqlılığı artıran endorfin maddəsinin ifraz olunmağa başlandığını bunun da baş ağrısını azaltdığı hətta tamamilə bitirdiyinə diqqət çəkir.

Yaddaşı inkişaf etdirə bilər
Dünya Yaddaş Çempionu Et Cooke, seksə dair düşüncələrin və obrazların bir şeyi xatırlamaqda köməkçi olduğunu iddia edir.

Cookeyə görə xatırlamaq istədiyiniz hər hansı bir şeylə əlaqədar olaraq başınızda sekslə əlaqə qursanız xatırlamanız asanlaşa bilər. Cooke, köhnə çağlarda siyasətçilərin, xalqa qarşı danışma edərlərkən mətnləri xatırlamaq üçün zehinlərində belə bir əlaqə qurduqlarını ifadə edir. Ayrıca şiddət, küfr kimi şeylər də yenə sekslə eyni təsiri edə bilir. Yəni xatırlamağı asanlaşdırır.

Sakitləşdirici təsiri vardır

Edilən bir araşdırmada, stressli bir vəziyyətdən dərhal əvvəl seks etmiş kəslərin vəziyyətlə başa çıxma gücünün daha yüksək olduğu görülür. Məsələn: birlik qarşısında danışan bir adam, dərhal əvvəlində seks etmişsə sakinliyini daha asanca qoruyur. Bunun səbəbi də seksin təzyiqi salmağa köməkçi olmasıdır.

Yuxunu asanlaşdırar
Xüsusilə kişilər seksdən sonra dərhal yatmaq istəyir. Elm adamları bunun səbəbini, boşalmadan sonra beyindəki Prefrontal korteks bölgəsində yavaşlama olmasına bağlayır. Bununla birlikdə oksitonin və serotinin hormonun da ifraz olunması, böyük bir rahatlama və arxasından gələn yuxunu açıqlayır.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 28 586
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri