Qadınlarda cinsi istək niyə ölür?

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 4 732
Səs ver:
(səs: 0)
Fiziki dəyişiklik. Çox insan üçün yataqdakı insanın fiziki görünüşü seks zamanı önəm daşıyır. Sevdiyinin fiziki görünüşündəki bəzi dəyişikliklər kişilərdə olduğu kimi, qadınlarda da cinsi cazibədarlığı azaldır. İnsanlar yaşlandıqca daha çox baş verən fiziki dəyişiklik kökəlməkdir. Bu, bəzi qadınlar üçün cinsəllik baxımından xoşagəlməz görünə bilər.

Pis gigiyena. İnsan həmişə tərlidirsə, kirlidirsə, qoxu yayırsa, üzünü təraş etmirsə, üstündən siqaret qoxusu gəlirsə, ağzından qoxu gəlirsə, seks üçün ona yaxınlaşmağı heç bir qadın istəməz.

Status dəyişikliyi. Status və varlı olmaq da bir çox qadınlar üçün cazibədarlığın qaynaqlarıdır və pul zamanla azaldıqca cinsi istək də azalır.

Seksdə bacarıqsızlıq. Cinsi təcrübəsi olmayan, ya da zamanla öyrənməyə çalışan biriylə birlikdə olmaq adamı yoraraq, seks arzusunu azalda bilər. Qadınlar üçün ön sevişmə çox önəmlidir.

Adi seks. Uzun müddətdir münasibəti olan qadınların ən çox şikayət etdiyi hal adi seksdir.

Yaşlı sevgili. Sevdiyinin cinsi funksiyalarında dəyişiklik qadının cinsi arzusunu azaldır. Sevgilisində erkən boşalma problemi varsa, seks istəyi azalır. Kişilərdə sərtləşmə problemi başlayıbsa, qadının onunla seks yaşamaq arzusu ölür.

Söz-söhbətli münasibət. Mübahisə etmək bəzən münasibətdə bağı yenidən qurmağa kömək edir. Ancaq bitmək bilməyən dava münasibəti bitirə bilər. Belə halda iki sual ortaya çıxır: "Mübahisəmi cinsi həyatı söndürüb, yoxsa olmayan cinsi həyat mübahisəyə səbəb olur?”. Əslində ikisi də doğrudur. Bəzən mübahisə seksi öldürsə də, bəzən də seks olmadığı üçün mübahisə bunun ətrafında yaşayır. Qadınlar sevdiyi ilə seks yaşmaq üçün təkcə ön sevişməyə deyil, səmimi söhbətlərə, birlikdə yaxşı vaxt keçirməyə də ehtiyac duya bilər.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 732
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri