Abort üçün həblər qadın sağlamlığını məhv edir

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 3 877
Səs ver:
(səs: 0)
Bir çox qadınlar hamiləliyin pozulması üçün istifadə olunan xüsusi həbləri tam ziyansız hesab edir və bu vasitədən tez-tez istifadə edirlər. Lakin bu çox təhlükəli yanılmadır.

Belə həblər qadın sağlamlığına çox mənfi təsir edir, ağır qadın xəstəliklərinə, sonsuzluğa, hətta xərçəngə səbəb olur. Bunu rus ginekoloq-reproduktoloq həkim-konsultant Tatyana Zavyalova bildirib.

Qadinlar.biz bu barədə saglamolun.az-a istinadla xəbər verir.

Bu həblərin tərkibində çox yüksək dozalarda hormonlar (progesteron) var ki, belə preparatların həkimin təyini olmadan, nəzarətsiz qəbulu qadın sağlamlığını sözün əsl mənasında məhv edir.

Alimlərin fikirinə görə, tez-tez istifadə olunduqda (ildə bir neçə dəfə) bu preparatlar menstrual dövrü pozur, güclü qanaxmalara, ağrılara, endometrioz, miomalar, poliplər, endometriumun (uşaqlığın daxili qişası) hiperplaziyası və s. ciddi pozulmaların inkişafına səbəb olur. Nəzərə almaq lazımdır ki, poliplər və endometriumun hiperplaziyası xərçəngin inkişafı üçün fon yaradır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 877
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri