Vaginal göbələk infeksiyası

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 095
Səs ver:
(səs: 0)
Vaginal göbələk infeksiyasının səbəbləri nələrdir?
Bu tip infeksiyalara səbəb olan şey əksəriyyətlə kandida adında bir göbələk növüdür. Sağlam bir vaginanın içərisində bir çox bakteriya və az sayda göbələk hüceyrəsi olur.

Bu orqanizmlərin tarazlığını poza biləcək şeylər göbələk sayının artmasına səbəb ola bilər. Antibiotik istifadə etmək bu səbəblərdən biridir. Bir başqa səbəbdə yüksək estrogen səviyyəsidir. Şəkər xəstəliyi ya da QİÇS virusu kimi fərqli xəstəliklərdə buna səbəb ola bilər.

Simptomları nələrdir?
Göbələk infeksiyası vagina bölgəsində qaşıntı və ya göynəməyə səbəb ola bilir. Cinsi akt və ya sidiyə getmə əməliyyatı əsnasında da yanma və ya ağrı hissi yarada bilir. Bəzi qadınlarda bəzən çox və ağ rəngdə bir maye axıntısı ola bilər. Bu simptomların çoxu, ümumiyyətlə regl dövründən bir həftə əvvəl özünü göstərir.
Bu mövzuda insanlar asan bir şəkildə yanıla bilər. Buna görə tam olaraq əmin deyilsinizsə bir həkimə görünməniz lazımdır. Əgər hamiləsinizsə hökmən həkiminizlə görüşün.

Necə müalicə edilir?
Əgər hamilə deyilsinizsə və əvvəldən bu vəziyyəti yaşadınızsa müalicənizi elə aldığınız dərmanlarla edə bilərsiniz. Göbələk önləyici bir krem, ya da həblər istifadə edərək özünüzü müalicə edə bilərsiniz.
Əgər simptomlarınızın yüngül olduğunu düşünürsünüzsə öz-özünə yaxşılaşmasını gözləyə bilərsiniz.

Hamiləlik əsnasında göbələk infeksiyaları məşhurdur. Hər hansı bir dərman istifadə etmədən əvvəl həkiminizlə məsləhətləşin.
Bir çox qadın bu vəziyyəti təkrar - təkrar yaşamaqdadır. İldə dörd dəfədən çox bu narahatlığı yaşayırsınızsa həkiminizlə məsləhətləşin. Həkiminiz edəcəyi testlərlə bu infeksiyalara başqa bir şeyin (məs. şəkər xəstəliyi və s)səbəb olub-olmadığını yoxlayıb səbəbi aydınlaşdıracaq.

Bu infeksiyaların qarşısı alına bilərmi?
Vaginal bölgənizi ola bildiyi qədər quru tutaraq, ya da "nəfəs almasını" təmin edərək bu vəziyyətin qarşısını ala bilərsiniz.
Məsələn:
Sintetik alt paltarların yerinə pambıq parçadan olan və sıxmayan alt paltarları geyinin!
Yaş çimərlik geyimlərinizi dərhal dəyişdirin!
Deodorantlı tamponlardan, spreylərdən və qoxulu tualet kağızlarından uzaq durun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 095
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri