Vaginanız üçün etməməniz lazım olan 10 şey (Yalnız xanımlar üçün)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 7 737
Səs ver:
(səs: 1)
Hər qadın genital orqanının sağlamlığı və təmizliyi haqqında az - çox məlumata malikdir. Ancaq bəzən doğru sandığınız səhvlərlə istəmədən vaginanıza zərər verə bilərsiniz.

Vaginal duş
Qadınların vaginayı təmizləmək adına etdiyi ən böyük səhvlərdən biri vaginanın içini yumaqdır. Bu da vaginanın PH tarazlığını pozaraq infeksiya riskini artırır. Vagina özü- özünü təmizləyən bir quruluşa malikdir. Vaginanın xaricini yalnız ilıq su ilə yumaq kifayətdir.

Sabun
Vaginanı sabunla təmizləmək vaginanın təbii quruluşunu və PH tarazlığını pozur. Göbələk, qaşıntı, infeksiya kimi mənfi bir sıra nəticələr doğurur. Su ilə yalnız vulvanı təmizləmək kifayətdir.

Sintetik alt paltarlar
Sintetik paltarlar genital bölgənin hava almasına mane olur və infeksiya riskini artırır. Bu səbəblə alt paltar seçkinizdə çox diqqətli olun və 100 % pambıq parçaları seçin.

Bədəni sıxan dar paltarlar
Dar paltarlar sidik yolu iltihabına gətirib çıxarır. Bundan başqa vaginal bölgədə tahriş, iltihab və infeksiya kimi bir çox mənfi təsirə malikdir.

Camaşır suyu
Genital bölgədəki qaralmanı yox etmək üçün edilən səhv üsullardan biri olan camaşır suyu və karbonatlı suyla ağartma əməliyyatı həddindən artıq həssas olan bu bölgə üçün çox zərərlidir.

Tampon
Çətin anlarınızda köməkçi ola bilər, amma tampon istifadəsi vaginanız üçün çox sağlam bir şeçim deyil. Tamponlar zərərli orqanizmlərin törəməsini önləmək üçün dezinfeksiyaedici maddalərə malikdir. Bu da vaginada tahriş və infeksiya meydana gəlməsinə səbəb ola bilir.

Vaginal təmizlik vasitələri
Gözəl iy versin deyə istifadə edilən vagina spreyi, losyon, krem, bitki mənşəli yağ və ya cövhərlər əsla istifadə etməyin. Bunlar pis qoxunu aradan qaldırmaz, yalnız keçici bir müddətə gizlədər. Bu tərz məhsullar vaginal infeksiyaları qaçınılmaz edir.

Ətirli bezlər
Adət dövründə istifadə edilən bezlərin ətirli olanlarını seçməyin. İstifadə edilən bu deodorantlar vaginal infeksiyalardan başqa bir daha pis qoxulara səbəb olur.

Gündəlik bezlər
Bezlər vaginanın nəfəs almasına mane olur. O səbəbdən adət dövrlərindən başqa günlərdə bez istifadə etməni seçməyin. Həm də bezlərin tez dəyişdirilməməsi də infeksiya riskini artırır.

Alt paltar ilə yatmaq
Alt paltar genital bölgənin nəfəs almasını maneə törətdiyi üçün gecə yatarkən alt paltarsız yatmanızda fayda var.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 7 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri