Qadınlarda sonsuzluq yaradan viruslar

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 1 622
Səs ver:
(səs: 0)
Mütəxəssislər bu günə kimi bilinməyən vəcinsi yolla yoluxan bir xəstəliyin kifayət qədər yaxşı müalicə edilmədiyi halda, antibiotiklərə belə müqavimət göstərib, çox sürətlə yayıla biləcəyini aşkar edib.

Qadınla.Com bildirir ki, söhbət Mycoplasma genitalium (MG) adlı xəstəlikdən gedir. Bu xəstəliyin çox zaman ilkin əlamətləri olmur. Lakin iltihabi xəstəliyə yol açaraq, qadınlarda sonsuzluğa səbəb olur.

Diaqnozu çətin qoyulan MG düzgün müalicə edilmədiyi təqdirdə, antibiotiklərə qarşı müqavimət göstərə bilir.

Britaniya Cinsi Sağlamlıq və HİV Dərnəyinin sözügedən xəstəliklə əlaqədar hazırladığı materialda MG-ya necə diaqnoz qoyulmalı və necə müalicə edilməli olduğu açıqlanıb.

MG kişilərdə uretrada (sidik kanalında) iltihab doğura bilən bakteriyadır. Penisdən ifrazatın gəlməsinə səbəb olur və sidiyə gedən zaman prosesi ağrıverici edir.
MG qadınların da reproduktiv orqanlarında (uşaqlıq və uşaqlıq boruları)iltihab doğuraraq ağrı, müəyyən hallardaisə hərarət və qanaxmaya səbəb ola bilər.Xəstəlik qoruyucu vasitəsiz cinsi əlaqə zamanı yayılır.

Xəstəliyin qarşısını almaqüçün prezervativlərdən istifadə etmək mütləqdir.

İngiltərədə ilk dəfə 1980-ci illərdə aşkaredilən MG-nin ölkədə 1 və ya 2 faiz yayıldığı bildirilir.

Əksər zaman əlamətlərini göstərməyən xəstəlik Klamdiya xəstəliyi ilə də dəyişik salınır.

MG diaqnozu üçün son dövrlər testlər yenilənsə də, bu, bütün klinikalarda mövcud deyil.

Antibiotiklərlə müalicə edilən bu xəstəlikhətta bəzi hallarda dərmanlara da müqavimət göstərə bilir.

Britaniya Cinsi Sağlamlıq və HİV Dərnəyinin bu xəstəliyi araşdıran mütəxəssisi Paddi Horner hökumətin bu məsələyə diqqət etməli olduğunu deyib.

Dərnəyin digər mütəxəssisi Piter Qrinhaus isə xalqı bu xəstəliyə qarşı tədbirlər görməyə çağırıb:
"İnsanların MG xəstəliyi barədə məlumatlı olmalarının vaxtıdır. Yay tətilinə gedərkən çantanıza bir paket prezervativ atmaq və lazım olanda istifadə etmək üçün daha bir səbəbiniz var. Özü də çox ciddi səbəb".
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 622
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri