Sonsuzluq haqqında bilməli olduqlarımız

Müəllif: Sweet Candy
Şərhlər: 1
Baxılıb: 1 536
Səs ver:
(səs: 0)
Hamiləliyin baş verməməsi və ya daha əvvəl qadının uşaq sahibi olmasına baxmayaraq başqa bir hamiləliyin meydana gəlməməsi halı sonsuzluq adlanır.

Cütlküyün ən azı 1 il müddətində müntəzəm qorunmasız cinsi əlaqəyə girmələrinə baxmayaraq hamiləliyin meydana gəlməməsi halı, yəni sonsuzluq ilkin və təkrar sonsuzluğa bölünür. İlkin sonsuzluq qadında hamiləliyin ümumiyyətlə meydana gəlməməsidir, təkrar sonsuzluq isə qadının daha əvvəl hamilə qala bildiyi, lakin bir daha hamiləliyin meydana gəlmədiyi hallardır.

Orta hesabla qadınların təxminən 25%-i sonsuzluq halı ilə həyatlarının müəyyən bir dövründə üzləşirlər. Qadınlarda uşaq dünyaya gətirmə yaşı 25 yaş ətrafındadır. 35 yaşdan yuxarı olan qadınlarda isə yaşın çox olması ilə əlaqədar nəsilartırma funksiyasında azalma müşahidə olunur.

Təbii yolla uşaq sahibi ola bilməmə halı yalnız qadınlarda deyil kişilərdə də bir çox amillərlə əlaqədar ola bilər. Sonsuzluq riski həm qadın, həm də kişilər üçün keçərlidir. Xalq arasında keçmişdə geniş yayılmış “sonsuzluq yalnız qadınlarda olur” ifadəsi kökündən səhvdir və həqiqəti əks etdirmir.

Sonsuzluq müayinələri necə aparılır?
Təbii yolla uşaq sahibi ola bilməyən cütlüklər sonsuzluq şübhəsi ilə həkimə müraciət edirlər. Sonsuzluğun diaqnostikası üçün həkim onların bəzi müayinələrdən keçmələrini tələb edir.

Kişilərdə sonsuzluq diaqnostikası üçün aparılan yoxlama sperma testidir. Sperma testi 2-5 günlük cinsi pəhrizdən sonra masturbasiyanın köməyilə əldə edilən spermanın laboratoriyada araşdırılması ilə aparılır. Bu araşdırmada spermatozoidlərin sayı, canlılıq (həyat qabiliyyəti) faizi, forması və hərəkətliliyi qiymətləndirilir. Həmçinin bu test ilə spermada potensial iltihab hallarının mövcudluğu da araşdırılır.

Sonsuzluğun müalicə müddəti nə qədərdir?
Mümkün sonsuzluq müalicələri üçün müalicə protokolu minimum 6 ay davam etməlidir. Təbii yolla uşaq sahibi ola bilməyən və aparılan müayinə nəticəsində sonsuzluq müalicəsinə başlayan cütlüklər bu müddətdə səbirli və bir-birlərinə dəstək olmalıdırlar. Xüsusilə kişilərdə sonsuzluq səbəbləri araşdırılmalıdır. Kişilərdə nəsilartıma yaşı 35 yaşdır, 45 yaşdan sonra bu funksiyanın zəifləməsinə baxmayaraq nadir hallarda olsa da, 80 yaşda belə uşaq sahibi ola bilən kişilərə rast gəlinir. Qadının yaş amili nəsilartıma baxımından böyük əhəmiyyətə malik olsa da, bu hal kişilərdə yaş faktorunun nəsilartıma baxımından qadınlarda olduğu qədər təsirli olmadığını göstərir.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri