Hamilə qalmağa mane olan faktorlar nələrdir?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 10 833
Səs ver:
(səs: 0)
Qadın və kişilərdə hamilə qalmağı çətinləşdirən bəzi faktorlar var. Keçirilmiş infeksiyalar, anadangəlmə səbəblər, siqaret və spirtli içkilər, stress, rəhmdə olan miyom-polip kimi strukturlar, sperma kanallarında doğuşdan ya da sonradan meydana gələn problemlər kimi faktorlar sonsuzluğa yol açırlar. Bununda yanaşı qadınlarda sonsuzluğa yol açan ən əhəmiyyətli faktor qadının yaşının artmasıdır. Qadının yaşı irəlilədikcə yumurtalıq ehtiyatları, sayı və keyfiyyət azalır. Doguş bacarığının itməsi xüsusilə 35 yaşından sonra görülür.

Hamiləliyə maneə olan səbəblərdən bəziləri…
Daimi cinsi əlaqənin olmaması: Hamiləliyin təmin edilməsi üçün ideal olaraq tez-tez və nizamlı olaraq cinsi əlaqə lazımdır. İki gündə bir, həftə ən az 2 dəfə olmaq üzrə cinsi əlaqədə olmaq hamiləlik şansını artırmaqdadır.
Yumurtlama dövrü, qadınların hamilə qalma şansının yüksək olduğu bir dövrdür. Bu dövrlərdə cinsi əlaqədə olmamaq, hamilə qalmağa maneə törədən faktorlar arasında sayılmaqdadır.
Ana namizədinin siqaret istifadə etməsi, hamilə qalma şansını azaldır. Siqaret istifadəsi, menopoz yaşını önə alarkən, yumurtaların keyfiyyət və sayını azaldır.
Artıq çəki reproduktiv (doğurqan) orqanlarının funksiyasını poza bilər. Bu səbəblə də çox kilo hamilə qalmağı maneə ola bilər.
Həddindən artıq zəiflik da hamilə qalma şansını mənfi təsir edən bir faktordur.
Əmizdirmə dövründə hamilə qalmaq çətinləşir ancaq əmizdirmə buraxıldığında tamamilə normala dönər.
Cütlüklərin həddindən artıq stressə məruz qalması hamilə qalmağı azaldan faktorların başında gəlir.

Hamilə qalma ehtimalını azaldan xəstəliklər…
Süd hormonu, prolaktin yüksəkliyi
Troid hormon pozuqluqları
Yumurtalıqlara cərrahi yolla müdaxilə edilmiş olması
Tüplərdəki tıxanma
Tüplərə cərrahi müdaxilə tətbiq olunması
Şokolad kisti
Rəhim içində septum olması
Rəhim içində miyom ya da polip olması
Polikistik over sendormu
Rəhim və yumurtalıqlarda meydana gələn infeksiyalar
Yumurtlama nizamsızlıqları
Xroniki xəstəliklər

Hamilə qalmağa maneə olmayan faktorlar hansılardır?
Bəzi faktorların hamilə qalmağa maneə olduğu düşünlür. Ancaq aşağıdakı faktorlar hamilə qalmağa mane olmur.

Daha əvvəl doğuşun olması,
Doğum kontrol iynəsi istifadə etmək,
Aybaşı gecikdirici dərmanlardan istifadə etmək,
Keçmişdə spiral istifadə etməsi,
Abort olması,
Boş hamiləlik,
Xarici hamiləlik,
Erkən egakulasya,
Antibiotik istifadəsi,
Adət dövründə cinsi əlaqədə olmaq,
Rəhm ağızı üçün yandırma və dondurma müalicələri
Mantar,
Həcmi kiçik miyom ya da polip,
Genetik estetik
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 10 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri