Qadın sonsuzluğu haqqında

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 688
Səs ver:
(səs: 0)
Yumurtlamağa aid səbəblər:

Yetkin yumurta hüceyrəsinin inkişaf etməməsi, yumurtlama olmaması, kifayət qədər keyfiyyətli yumurta törəməməsi vəziyyətidir. Nizamsız və ya anormal yumurtlama bütün infertil qadınların 25 faizinde müəyyənləşdirir. Bazal bədən temperaturu təqibi, gözlənilən menstruasiyadan 1-3 gün əvvəl rəhim iç üzündən alınan (endometrial) biopsiya, yumurtlamanın varlığını göstərən progesteron hormonu səviyyəsinin qanda sahəsi kimi bir çox üsul olsa da günümüzdə qadında yumurtlama olub olmadığının ən geniş təsbit şəkli seriya ultrasəs təqibləri ilə qadında yumurtlama olub olmamasının göstərilməsidir. Yumurtlama dərmanları ilə qadınların böyük bir qismində yumurtlama bərqərar olmasına baxmayaraq hamiləlik nisbətləri müəyyən faizin üzərinə çıxa bilmir.

Rahim ağzına aid səbəblər (servikal amil):

İnfeksiya, şiş, ifrazat çatışmamazlığı nəticəsində inkişaf edən rahim ağzının (serviks) içində olduğu mənfi hal sonsuzluğa səbəb ola bilər. Rəhim ağzı ifrazatı, sadəcə, yumurtlama dövründə sperma sərbəst keçidinə imkan verir. Bəzi qadınlarda bu selik içində spermaya qarşı anticisimlər var və bu qadınlarda sperma yumurtlama dövründə belə, rəhim ağzı kanalından keçərək rəhimə çatmaya bilər. Anticisimlər sperma hüceyrəsinə qarşı immunitet sisteminin inkişaf etdirdiyi maddələrdir və bu maddələr sperma hüceyrə funksiyalarını pozaraq təsirli olurlar. Çox fəal müalicələr olmamaqla birlikdə servikal problemlər əsasən antibiotiklər, hormonlar və ya peyvənd (IUI) ilə müalicə edilə bilər.

Rəhimə aid səbəblər (uterin fakör):

Matkanın olmaması, matkanın şəkil pozğunluğu (rəhim içində pərdə olmalıdır), bəzi miyomlar, rəhim içində uşağın yerləşəcəyi sahənin quruluşunu dəyişdirərək sonsuzluğa səbəb ola bilər. Rəhim filmi, (HSG) rəhim içini və fallop kanallarını təhlil etmək üçün istifadə edilən ən əsas üsuldur. Histereskopiya isə rəhim içinin optik cihazlarla öyrənilməsi prosesidir. Bu metod təkbaşına istifadə edilə biləcəyi kimi HSG ilə müəyyən anormallıq cərrahi müalicəsində də istifadə edilir.

Endometriozis olaraq adlandırılan rəhm içini döşəyən hüceyrələrin rəhim kənarda olması, immunitet problemləri, çoxalma orqanları pozuntuları, psixoloji və cinsi problemlər sonsuzluğun qadına aid digər səbəbləri arasındadır.

Ovulyasiya dövründəki qadınlarda olduqca sıx qarşılaşılan endometriyozis rəhm içini döşəyən toxunun (endometriyum) başqa bir bölgədə olması halıdır. Menstrual qan sızması zamanı bu toxumadan da qanaxma olduğundan şiddətli ağrı əmələ gələ bilər. Bundan başqa, bu qanın verdiyi ziyana bağlı olaraq cinsi təmas zamanı və müxtəlif vaxtlarda qasıq ağrısı inkişaf edə bilər. Bu xəstəlik yumurtalıqlarda tünd qəhvəyi rəngli və şokolad kisti kimi tanınan kist əmələ gəlmələrinə da yol açır. Bu kistlər laparoskopik cərrahiyyə ilə çıxardıqları kimi zədəli, toxumaları və endometriyozis mərkəzlərini yandırmaq mümkün olur. Daha yüngül hallarda dərman müalicəsi də nəticə verir. Bu müalicə üsulları xəstəliyin inkişafı dayandırıla və ya geriləyə də bilər ki o zaman hamiləlik olmaya bilər. Bu cür durumlarda süni mayalanma tətbiqi ilə ana olmaq mümkündür.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 688
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri