Süni mayalanmanı qaçılmaz edən - SƏBƏBLƏR

Müəllif: Love Angel
Şərhlər: 1
Baxılıb: 2 082
Səs ver:
(səs: 0)
Həyatın sərt üzü illərlə bir-birini sevən cütlüyü övlad problemi ilə üz-üzə gətirir.

Bəzən bir neçə il bu çatışmazlığa dözüb, cütlük ayrılmır. Bəzən də bu mümükün olmur, ayrılıq qərarına gəlirlər. Günbəgün artan süni mayalanma mərkəzləri belə bir cütlüklərin köməyinə çatır.

Dünyanın ən ciddi problemlərindən birinə çevrilən sonsuzluq, ölkəmizdə də ciddi rəqəm göstəricisi ilə geniş yayılıb. İlk baxışda qulağa xoş gəlməyən bu ifadə günümüzün reallığıdır. Amma bu dərd baha olsa da, dərmansız deyil. Bu, ailələrin dağılmaması üçün ən ideal variantdır.

"Niyə bu problemlər artmaqda davam edir? Qadında hansı səbəblərdən sonsuzluq müşahidə olunur" suallarına Mərkəzi Gömrük Hospitalının həkimi Təranə Nəsibli bildirdi ki, əslində bu problem keçmiş dövrdən var.

“Avropada tibb elmi, maariflənmə bizdən fərqli olaraq, yüksək inkişaf edib. Hər bir qadın ildə 1 dəfə papiloma virusuna görə, testdən keçir. Bu virus vaxtında aşkarlananda onun qarşısını almaq olur. Çünki virus uşaqlıq boyunun xərçəngi, sonsuzluq yarada bilər. Sonsuzluq hər zaman problem kimi vardı və əlacsız qalırdı. İndi süni mayalanma var deyə insanlar buna üz tuturlar. Süni mayalanma normal olaraq hamiləlik şansı olmayan cütlüklərdə tətbiq edilən müalicə üsuludur. Süni mayalanma müalicəsində anastazi altında qadında yumurta toplanma xidməti həyata keçirilir. Eyni gündə kişidən alınan spermoqramma döllənərək yaradılan embrion qadının uşaqlığına transfer edilir. Bu gün bunun da səbəbləri qadının yaşının çox olması, yumurta ehtiyatı, yumurtaların keyfiyyəti, kişi faktoru kimi sperma keyfiyyətinin azalması, kistalar, səbəbi bilinməyən sonsuzluqlardır və bunun nəticəsində süni mayalanmaya ehtiyac yaranır. Süni mayalanma bir neçə çeşiddə aparılır, aşılanma, klassik, mikro inyeksiya üsulları var. Bu mövzuda qadına , kişiyə çox diqqətli yanaşılır genetik incələmə yanaşmalara toxunulur. Süni mayanlanmanın bir tərəfi də ona görə yaxşıdır ki, bəzi genetik xəstəliklər var ki, anadan körpəyə keçmə təhlükəsi çoxdur. Yəni körpə daşıyıcı ola bilər. Ancaq ana talassemiya ya başqa genetik xəstəliyi olduğu halda, süni mayalanma ilə tam sağlam uşaq dünyaya gətirə bilər”.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri