Süni mayalanmadan öncə diaqnoz

Müəllif: Love Angel
Şərhlər: 0
Baxılıb: 1 914
Səs ver:
(səs: 0)
"Əməliyyatdan öncə genetik diaqnoz" ( Preimplatation Genetic Diagnosis) süni mayalanmanın tətbiqi əsasında embrionun ana rəhminə yerləşdirilməzdən əvvəl (implantasyon əvvəli) genetik olaraq bəzi xəstəliklərin varlığını araşdırmaq məqsədlə aparılır. Süni mayalanmanın tətbiqində döllənmə ilə embrion əldə edildikdən 2 gün sonra bu embriondan bir və ya iki hüceyrə alınır və genetik -xromosom araşdırması aparılır.

Əməliyyatdan öncə genetik diaqnoz ilə embriondakı xromosom sayının miqdarına baxılaraq xromosom və ayrıca tək gen xəstəliklərinin diaqnozu qoyulur. Embrionun bu şəkildə yoxlanılması embrionun inkişafına təsir etmir. Yoxlama əsasında embriona zərər dəymə ehtimalı çox aşağıdır. Embriondan hüceyrə alınması doğulacaq körpənin şikəst olmasına və ya bəzi orqanlarının əskik olmasına səbəb olmur. PGD - Preimplatation Genetic Diagnosis (Əməliyyatdan öncə diaqnoz) üsulu ilə araşdırılan embrionda genetik anormallıq müəyyən olunarsa, embrion ana rəhminə yerləşdirilmir. Beləcə, xəstə körpənin doğulmasının qarşısını almaq olar. Genetik quruluşu anormal olan embrionlar ana rəhminə yerləşdirilərsə, çox vaxt hamiləlik ilk aylarında öz-özünə pozulur.

PGD-nin digər bir əhəmiyyəti də toxum nəqli üçün toxum uyğunluğu olan bir körpənin planlaşdırılması lazım olan vəziyyətlərdəndir. Bu vəziyyətdə xəstə bacı və ya qardaşa özü ilə uyğun toxumu olan körpədən ilik nəqli həyata keçirilir.
PGD üsulu ilə körpənin cinsiyyətini planlaşdırmaq 100% mümkündür. Ancaq cinsiyyətin planlaşdırılması məqsədilə PGD-nin tətbiqi qadağandır. PGD yalnız xəstəliklərin təsbit olunması üçün tətbiq olunur.

PGD ilə bildirilən anormal və ya normal nəticələr hər zaman 100% doğru nəticə vermir. Təxminən 5% səhv nəticə vermə ehtimalı vardır.

PGD hansı vəziyyətlərdə tətbiq oluna bilər:

Aşağıda sadalanan genetik xəstəliklərə sahib ailələrdə PGD tətbiq oluna bilər.

1. Ərlə arvadda xromosom translokasiya varsa;

2. Yuxarı yaşlı ana namizədlərində (yaşı 35-dən çox);

3. Daha əvvəl ailədə genetik xəstəliyi olan körpə varsa;

4. Cinsi fəaliyyətin aşağı olduğu hallarda;

5. Təkrarlanan süni mayalanma uğursuzluğu;

6. Qohum evliliyinə bağlı olan xəstəliklərin qarşısının alınmasında;

7. Davamlı olaraq uşaqsalma hallarında.

Onu da qeyd edim ki, süni mayalanma nəticəsində çox vaxt əkiz, üçəm, dördəm və daha artıq uşaqların doğulması mümkündür.

Sonda isə, əziz xanımlar, hər birinizə problemsiz, bu üsullara ehtiyac qalmadan ana olmağınızı diləyirəm. Allah hər birimizə sağlam övlad bəxş etsin. Amin!
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 1 914
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri