Kişilərdə hormonal pozğunluqlar və sonsuzluq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 70
Səs ver:
(səs: 0)
Kişilərdə olan hormonal pozğunluqlar - qadınlara nisbətən daha az hallarda sonsuzluğun səbəbi olurlar.

Ona görə də kişilərdə sonsuzluğun səbəbini araşdırarkən, qanın hormonlara müayinəsi çox nadir hallarda - ancaq nəzərəçarpan dərəcəli oliqozoospermiya və azoospermiya (eyakulyatda spermatozoidlərin sayının az olması və ya spermatozoidlərin heç olmaması) olduğu zaman təyin edilir.

Bu halda qanın FSH, LH, testosteron, prolaktin və qalxanvari vəzi hormonlarına müayinəsi təyin edilir.
Qadinla.com bildirir ki, qanda testosteron hormonunun səviyyəsinin azalması (hipoqonadizm) zamanı spermatogenez prosesi də pozulur. Bu hal onunla izah edilir ki, testosteron yeni spermatozoidlərin formalaşmasında əsas iştirakçılardan biri hesab olunur. Hipoqonadizm - hipofiz vəzisi tərəfindən LH - lyüteyinləşdirici hormon istehsalının azalması ilə əlaqədar ola bilər. Lyüteyinləşdirici hormon (LH) xayalar tərəfindən testosteron hormonunun hazırlanmasına təsir edir. Buna görə də qanda LH-nun səviyyəsinin azalması zamanı testosteron hormonunun da azalması müşahidə ediləcəkdir. Belə hallarda aparılan müalicə - mütəmadi olaraq lyüteyinləşdirici hormon preparatlarının orqanizmə daxil edilməsindən ibarət olur. Bunun nəticəsində qanda testosteron hormonunun səviyyəsi də normallaşmış olur ki, bu da xayalarda spermatogenez prosesinin yaxşılaşmasına səbəb olur.

Qanda testosteron hormonunun səviyyəsinin azalmasının digər səbəbi xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələrinin zədələnməsinin səbəbləri - xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. ola bilər.

Kişilərdə olan sonsuzluğun səbəblərindən biri də qanda prolaktin hormonu səviyyəsinin artması ola bilər. Uşaq əmizdirən qadınlarda prolaktin hormonu süd hazırlanması prosesini tənzimləyir. Kişilərdə cüzi miqdarda istehsal olunan bu hormon heç bir əhəmiyyətli vəzifə yerinə yetirmir. Ancaq qanda prolaktinin səviyyəsinin artması, kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalması nəticəsində kişi sonsuzluğu inkişaf edə bilər. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının səbəbi isə, hipofizin şiş xəstəliyi, həmçinin davamlı streslər ola bilər.

Qanda testosteronun səviyyəsinin azalması qalxanvari vəzi hormonlarının artması səbəbindən də mümkündür.

Kişilərdə hormonal pozğunluqların səbəbləri, hormonların anadangəlmə olaraq normadan artıq olması və ya çatışmazlığı ola bilər. Uşaq yaşlarında orqanizm tərəfindən kişi cinsi hormonların hazırlanmasının pozulması, vaxtından əvvəl cinsi yetkinliyə və ya cinsi yetkinliyin, ümumiyyətlə, baş verməməsinə də səbəb ola bilər. Bu halda, uşağın müayinə və müalicəsi nə qədər tez başlanarsa, nəticə də bir o qədər yaxşı olar.

Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən müalicəyə daha çətinliklə tabe olurlar. Kişi sonsuzluğunun müalicəsinin gedişatında müxtəlif hormonal preparatların tətbiq edilməsi ilə onun hormonal fonunu normallaşdırmaq olmursa, müxtəlif süni mayalanma üsullarından - süni inseminasiya, donor spermasından istifadə edilməsi, EKM-dan istifadə olunur.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 70
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri