Hamilə qala bilməmənizin səbəbləri nələr ola bilər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 150
Səs ver:
(səs: 0)
Hamilə qala bilməmənizin bir çox səbəbi ola bilər.
Hamilə qala bilmirsinizmi? Bunun səbəbi yumurtlama dövrünüzü qaçırmanız da ola bilər, daha ciddi bir şey də...
Budur, sizə hamilə qalmanıza maneə törədə biləcək 5 tibbi vəziyyət və müalicə üsulları:

Yumurtalığın polikistik  sindromu
Qadınlarda ən sıx rast gəlinən hormonal problemlərdən biri olan yumurtalığın polikistik  sindromu, yumurtlamağa təsir etdiyi üçün hamiləliyə mane olar. Bunun tam bir müalicəsi olmasa da simptomlarını müalicə etmənin bir çox üsulu var. Sağlam qidalanmaq və nizamlı idmanla  normal kilonuzu qorumaq, balanssız seks hormonlarınızı təşkil edə bilər və bədəninizin normal menstrual nizamına qovuşmasını təmin edə bilər. Ayrıca yumurtlamağı nizamlayan dərmanlar da var.

Endometriyoz
Rəhm yumurta hüceyrəsinin  rəhm xaricində böyüməsinə endometriyoz deyilir. Ağrılı adət görmək, həddindən artıq qanamalar  hamiləliyə mane olan problemin əlamətləridirlər.
Bu xəstəliyi olanlar nə edə bilər? Əməliyyat, dərman ya da ikisinin qarışığıyla müalicə ola bilərlər.

Yaş

Hər nə qədər indiki vaxtda qadınlar 30 yaşlarında, hətta 40 yaşlarında ana olmağa qərar verirlərsə yaş irəlilədikcə  qadınların döllənmə qabiliyyətinin  azaldığı da bir gerçəkdir. Hamilə qalmağı təmin edən ən böyük faktor yumurtaların yaşıdır.

Bəzi  sağlamlıq problemləri
İndiki vaxtda bir çox qadın sağlamlıq problemlərini fərq etmədən həyatlarına davam edir. Tiroit və diabet kimi xəstəliklər sonsuzluğa səbəb ola bilir. Nizamlı müayinələr  etdirməyi təxirə salmayın.

Aşağı sperma sayı
Hamilə qala bilməməniz haqqında lazım olan bütün testləri etdirdiniz və bir problem  çıxmadı...
Bəlkə də problem  həyat yoldaşınızdadır. Əgər həyat yoldaşınızın sperma sayı aşağısa hamilə qalma şansınız azalar.
Sperma sayı aşağılığı vəziyyətində, rəhm içi aşılama(spermanın boru vasitəsi ilə rəhmə yeridilməsi) üsuluyla asanca hamilə qalına bilər.
Bu narahatlıqlardan birinin sizdə olduğundan şübhələnirsinizsə və uzun zamandır istədiyiniz halda hamilə qala bilmirsinizsə mütləq bir həkimə məsləhətləşmənizi tövsiyə edirik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri