Sonsuzluğun çarəsi tapıldı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 168
Səs ver:
(səs: 0)
Araşdırmalar nəticəsində sonsuzluğa əlac olan vitamin tapılıb. Belə ki, antioksidant xüsusiyyəti olan vitaminlərin kişilərdə sperma sayını və keyfiyyətini artırdığı məlum olub. Ən yaxşı antioksidatın E vitamini olduğunu nəzərə alan tədqiqatçılar bu vitaminin sonsuzluğun çarəsi ola biləcəyi qənaətinə gəliblər.

Həmçinin A, C, B vitaminlərinin də sonsuzluğun müalicəsində təsirli ola biləcəyi qeyd olunur. Ancaq E vitamini təklikdə elə də faydalı olmur. Bu vitamin mütləq sink mineralı ilə birlikdə qəbul edilməlidir.

E vitamini ilə sink mineralını qəbul edən kişilərin həyat yoldaşlarının hamilə qalma ehtimalı 4 dəfə artıqdır.

E vitamin xüsusilə damar tıxanması ilə bağlı yaranan problemləri aradan qaldırır və qan dövranını sürətləndirir, həmçinin cinsi gücü artırır.

Sink ilə birgə qəbul edildikdə hormon səviyyəsini yüksəldir.

Bəs E vitaminini hansı qidalardan ala bilərik? Onun əsas mənbəyi günəbaxan yağı, qarğıdalı yağı və pambıq yağıdır. Həmçinin fındıq, badam, qoz və susam kimi qidalarda da bol miqdarda E vitamini var.

Həkimlər evdə daim eyni yağdan istifadə etmək əvəzinə, fərqli yağları mətbəxdə sınaqdan keçirməyi tövsiyə edirlər. Yeməkləri fındıq yağı, qarğıdalı yağı ilə bişirənlərin sonsuzluq probleminə yaxalanmaq riskinin daha az olduğu bildirilir.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri