Sonsuzluq cütlüklərin bir il ərzində bir doğum kontrolu metodu ilə istifadə edilən düzgün cinsi əlaqədə olmalarına baxmayaraq hamilə qala bilməmək kimi başa düşülür. Mayalanma dövründə olan kişilərin təqribən 10-15 %-i bu problemlə qarşılaşır. Sonsuzluq probleminə bağlı olaraq müxtəlif müalicə metodları həyata keçirilir. Süni mayalanma metodu da belə metodlardandır. Bəzi hallarda ilk müalicə alternatividir, lakin bəzi hallarda isə digər metodlar nəticə vermədikdə bu zaman süni mayalanmaya müraciət edilir. Süni mayalanma metoduna ilk əvvəl qadının uşaqlıq yollarının bağlı olması hallarında müraciət edilir. Bu sahədəki texniki inkişaflar nəticəsində süni Mayalanma metodunun istifadə sahəsi genişləmişdir. Bu gün artıq endometriozis, immunoloji və kişiyə bağlı problemlərin mövcud olduğu bir vaxtda izah olunmayan sonsuzluq faktlarında xəstə yaş və sonsuzluq müddətinə bağlı olaraq süni mayalanma metodundan istifadə edilir. Bir cütlüyün necə bir problemlə üz-üzə olduğunu anlamaq və müalicəyə başlamaq qərarına gəlmək üçün bir növ araşdırma aparılmalıdır. Aparılan araşdırmaları kişi və qadın üçün ayrı-ayrı şəkildə dəyərləndirmək lazımdır. Kişidə sperma analizi, lazım olarsa uroloji müayinə, ultrasonoqrafiya, hormon analizləri və karyotipləmə (genetik araşdırma), qadında isə yumurtalamanın mövcudluğu, hormonun səviyyəsi, uşaqlıq yollarının tıxanıqlığı və hamiləlik üçün hər hansı bir problemin olub-olmadığı araşdırılmalıdır. Əgər ehtiyac olarsa genetik araşdırmada aparılır.
Əsas iki cür süni mayalanam metodu vardır. Birincisi standart metodu deyilən, kişi sperması ilə qadın yumurtalıqlarının bədəndən xaric birləşərək spermanın yumurtanı dölləndirməsinin gözlənildiyi metoddur. İkincisi isə mikroinyeksiyadır (İntrasitoplazmatik Sperma İnyeksiyası-İCSİ). Bu metod birinci metoddan bir cəhətdən fərqlənir ki sperma embrioloq tərəfindən yumurtanın daxilinə yerləşdirir. Bu metod spermanın sayının az olduğu, keyfiyyətinin yumurtanı dölləndirməyə əlverişli olmadığı və yaxud sperma hüceyrəsinin ancaq bərkimiş hüceyrələrin əldə olunduğu hallarda tətbiq edilir, Bundan başqa süni mayalanma yolu ilə döllənmə olmadığında da ICSI metoduna müraciət edilir. Süni mayalanma metodu ilə hər müalicədən sonra hamilə qalmaq şansı təqribən 30-40% arasında dəyişir Buna əlavə olaraq süni mayalanmanın müalicəsi nəticəsində formalaşacaq embrionların dondurularaq saxlanması və bu embrionların ana bətninə yerləşdirilməsi ilə cütlüklərin ikinci bir şansa sahib olmasına şərait yaradır. Süni mayalanma metodlarında yüksək nailiyyətə imza atan faktların təməlində qadının yaşı gəlir. 35 yaşda olan qadınlarda bu metodun aparılması zamanı hamiləlik şansı 40-50%-dirsə 40 yaşdan yuxarıda 15%-dir.