Dar şalvarlı oğlanların diqqətinə: sonsuz ola bilərsiniz!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 307
Səs ver:
(səs: 2)
Kişilərdə ata olmaq şansı sperma və yumurtalıqlarla bağlı şəkildə araşdırılır. Kişilərdə ata olmaq şansını artıran ən sadə ipuclarına əməl etməklə ata olmaq xəyalı çox asanlıqla gerçəkləşə bilər.
 
Ata olmaq istəyən hər kişi...
1. Pəhriz
2. Yaşam tərzi
3. Seksual həyat (çox arvadlılıqdan qaçmaq)
4. İş və iş şərtlərinə xüsusi diqqət göstərməlidir.
 
Ata olmaq istəyən kişi bədənini zərərli kimyəvi maddələr və şüalardan qorumalıdır. Çünki ağır metal, radiasiya, x-ray cihazları, kənd təsərrüfatı dərmanları sperma keyfiyyətini pozur. Ağır metal isə insanda saç, dəri, qaraciyər, sperma hüceyrələrinə mənfi təsir göstərir.
 
Dar alt paltarı, şalvar geyinmək olmaz. İstilik sperma keyfiyyətini və sayını azaldır. Yun, yaxud sıx alt paltarı xayalardakı istilik və qan axınını pozduğu, dar şalvar isə yumurtalıqları sıxdığı üçün kişilər bunlardan uzaq durmalıdır.
 
Təhlükəli peşələr hansılardır?
Diz üstü kompüter, uzun müddət oturmaq, hamam, ya saunada yüksək istilik altında işləmək xayaların istiliyini artırdığı üçün spermanın forma və keyfiyyətini pozar. Sürücü, bank məmuru, məmur, çörək (şirniyyat) bişirilən yerlər, saunada işləmək kişilər üçün təhlükəli peşələr hesab edilir.
 
Sperma keyfiyyətini artıracaq qidalar
Vitamin və minerallarla, antioksidanla zəngin qidalar, dəniz məhsulları, C və E vitamini, CQ10, parlaq rəngli təzə meyvə və tərəvəzlər, limon, pomidor, kök, brokoli kələmi, portağal, gül kələmi.
 
Yağsız toyuq, ət, saf protein, yağ nisbəti aşağı olan süd, qatıq, quru paxlalılar, fol turşusu, sink sperma keyfiyyətini artırır.
Ata olmaq istəyirsinizsə, bunlardan uzaq durun...
Spirtli içki
Qrmızı ət
Kafein
Siqaret
 
Ata olmaq üçün diqqət etməniz gərəkənlər
Sağlam yaşayın
Zərərli yemək və içkilərdən uzaq durun.
Siqaret və spirtli içki testesteron və sperma sayına mənfi təsir edər və ixtiyarsızlığa səbəb olar.
İdman edin.
Stressdən uzaq durun. Stress sperma səviyyəsini aşağı salır.
Müxtəlif hobbilərlə məşğul olun.
Çəkinizə nəzarət edin. Artıq çəkisperma sayını və keyfiyyətini pozar.
Narkotik maddə istifadə etməyin.
Əzələləri yığmaq üçün kişilərin istifadə etdiyi anabolik streoitlər həm yumurtalıqları kiçildər həmdə sperma səviyyəsini aşağı salar.
Bütün bu hallarda ilk əvvəl varikoz, enməmiş xaya, zöhrəvi xəstəliklər, şişin diaqnozu üçün müayinə aparılmalıdır.
Kiçik əməliyyatla sperma sayını artırmaq mümkündür. Hormon səviyyələrini müayinə etdirin. Bəzən hormon pozğunluğu sperma sayını azalda bilər.
 
Ata olmağı əngəlləyən digər amillər...
Kistik fibroz.
Xromosom pozğunluğu.
Sidik kanalında yaranan defektlər
Boşalma problemləri.
Şəkər xəstəliyi.
Onurğa iliyi zədələnməsi.
Sidiyə getməmək problemləri.
 
İstifadə etdiyiniz hər dərmanın yan təsirlərini öyrənin. Bəzi dərmanlar sperma sayını azaldıb, boşalmaya mənfi təsir göstərə bilər. Məsələn:
Böyümüş prostat üçün istifadə edilən dərmanlar.
Xora üçün istifadə edilən dərmanlar.
Testesteron müalicəsi, xərçəng steroitləri,  kimyaterapiya.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 6 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri