Bəs sonsuzluqda mifləri və həqiqəti ayıran sərhəddi necə tapmaq olar?

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 978
Paylaş:
Səs ver:
(səs: 1)
1-ci mif. Sonsuzluq qadınlara xas xəstəlikdir.Qədimdən də formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra sonsuz qadınların dünyaya uşaq gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar.

2-ci mif. Sonsuzluq irsi xəstəlikdir.Əslində qadının nəslində sonsuz və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir.

3-cü mif. Sonsuzluğa valideyinlərin qan qruplarının uyğun gəlməməsi də səbəb olurRezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər.

4-cü mif. Sonsuzluqdan heç vaxt uşağı olmayanlar əziyyət çəkir.Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər.

5-ci mif. Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir.

6-ci mif. Aybaşı siklinin pozulması sonsuzluq yarada bilər.Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır.

7-ci mif. Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olması istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir.

8-ci mif. Qeyri-müntəzəm seks sonsuzluq yaradır.Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur.

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 978
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
guler19
Əslində qadının nəslində sonsuz və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. və elə insanlar mualiceden qaçmamalı müalicə olunmalidirlar
10 mart 2015 17:11
6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Offline
Tomris Müslümova
ona gorede mutleq evlenmemisden qabaq yoxlanmaq lazimdi!!
10 mart 2015 15:52
5

Sən sadəcə mənimsən...!
Offline
vipbetul
ele aıleler varkı qadını gunahlandırırlar hec kısın hekıme aparmırlarda bellıdıkı kısı sonsuz olduqda gızledırle qadında ıse her kes bılır odeq boshayırlar
10 mart 2015 15:18
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
Qeyd olunan fikirlərlə razıyam bu cür hallar çoxluq təşkil edir ancaq istisna hallar da var...
10 mart 2015 14:57
3
Offline
leyla_258
MENIM FIKRIMCE BURADA YAZILANLAR SEFDIR.
10 mart 2015 14:41
2
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
BARBI
Bir fikirle razi deyilem sonsuzluq irsi xestelikdir menim tanidigim bir aile var onlarin neslin cox insan sonsuzdur .

Yeni gorulduyu kimi istisna hallarda coxdur
10 mart 2015 14:38
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv