Kişi və qadın sonsuzluğunu aradan qaldıran 10 qayda

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 4 115
Səs ver:
(səs: 1)
Türkiyənin tanınmış ginekoloqu Hakan Çoksüer sonsuzluğu aradan qaldırmağın 10 qızıl qaydasını açıqlayıb.
Çoksüer qadınlara sərt pəhrizdən və ağırkəsici qəbulundan uzaq durmağı və normal cinsi həyat yaşamağı tövsiyə edir.
Qarnı masaj edin
Çoksüer qadınlarda sonsuzluq riskini minimuma endirmək üçün qarnı hər gün mütəmadi olaraq masaj etməyi məsləhərt görür.
Qarın və yumurtalıqların üzərini hər iki əllə sirkulyar tərzdə masaj etmək vacibdir. Masaj edildikdə həm uşaqlıq, həm də yumurtalığın qan dövranı artır, hamiləlik şansı yüksəlir.

Ağır pəhriz saxlamayın
Sonsuzluq riskini artıran amillər arasında ağır pəhrizlər də yer alır. Çox aşağı kalorili qidalanma sonsuzluqda əhəmiyyətli risk faktorudur. Xüsusilə kişilər aşağı kalorili qidalandıqları enerjiləri azalır, sevişməyə meyilli olmurlar. Araşdırmalar bu zaman spermanın tərkibində də dəyişiklik olduğunu üzə çıxarıb. Kişilərdə testosteronun, qadınlarda estrogen hormonunun səviyyəsi aşağı düşür, dolayısı ilə hamiləlik şansını azalır.


C və E vitamini
Qadında sonsuzluq riskini azaltmaqda C və E vitaminləri də çox əhəmiyyətlidir. Qəbul etdiyiniz qidaların tərkibində fol turşusu, sink, selen, E vitamini olmasına diqqət yetirin. Eyni zamanda, B6 vitamini və maqnezium da olmalıdır. Qanda dəmirin səviyyəsi normada olmalıdır. Bundan başqa, qəbul etdiyimiz qidalarda C vitamini də olmalıdır. C vitamini və E vitamini spermanın keyfiyyətini artırır və qadınlarda hormon səviyyəsini normaya salır. Sperma sayının və testosteronun artması üçün vacib minerallar arasında sink, selen var. B6 vitamini menstruasiya siklini nizamlayan hormonal tarazlığı təmin edir.

Spirtli içkini və siqareti tərgitin
Siqaret və spirtli içki istifadəsi istifadəsi qadınlarda olduğu kimi kişilərin cinsiyyət sisteminə mənfi təsir edir. Sperma sayı da siqaret istifadəsinin sayına görə azalır, sperma fəallığı aşağı düşür və funksiyalarında anormal hallar müşahidə olunur, hətta mutasiyalar meydana gələ bilər. Bu səbəbdən sağlam övlad sahibi olmaq istəyən cütlüklər: həm qadın, həm də kişi siqaret və alkoqoldan mütləq uzaq durmalıdır.

Həkimin yazmadığı dərmanlardan istifadə etməyin
Həkim nəzarəti olmadan vurulan antibiotik dərmanlar da sonsuzluğa səbəb ola bilər. Ovulyasiya dövründə istifadə edilən bəzi ağrıkəsicilər qadın bədənindəki hormonların tarazlığını pozur. Bu da hamiləlik şansını azaldır. Həkimlə məsləhətləşmədən qəbul edilən antibiotik vaginanın florasını pozaraq göbələk infeksiyasına zəmin hazırlayır, bu da qadın cinsiyyət orqanının içində spermanın hərəkət qabiliyyətini zəiflədir və buna bağlı olaraq spermanın yumurta mayalandırma qabiliyyəti də azalmış olur.

Normal seks həyatı
Sonsuzluğu aradan qaldırmaqda ən vacib amillərdən biri də seks həyatının normal olmasıdır. Normal cinsi həyat hamilə qalmaq şansını artırır. Normal seks həyatı ovulyasiya dövründə spermalarla yumurtanı bir yerə gətirmək şansını artırır. Nəticə etibarı ilə sekslə nə qədər çox məşğul olsanız, hamilə qalmaq şansınız o qədər çox olur.

Stressdən uzaq durun
Stressi əsrimizin baş bəlası kimi şərh edən Çoksüer evli cütlüklərin yaşadığı stressin seks həyatına təsir etdiyini bildirib. Çoksüer deyir ki, sonsuzluqla bağlı müalicə alan xəstələr stressə daha çox məruz qalırlar. Müalicə alan cütlüklər müalicə kursu uğursuz nəticələnəndə hər ay stressə düşürlər. İynəbatırma, yoqa və meditasiya, masaj, dərindən nəfəs almaq məşqləri, dua etmək və vizualizasiyanın (xəyalında canlandırmaq) stressi məğlub etməkdə çox böyük köməyi olur. Musiqi dinləmək, uzun gəzintilərə çıxmaq, idman etmək, təmiz havada gəzmək, ya da sizi yaxşı hiss etdirəcək nə varsa, onu etmək stressi azaldır.

Yuxusuz qalmayın
Yuxusuz qalan insanlarda melatonin hormonunun səviyyəsi aşağı düşür. Melatonin hormonu həm antioksidant təsirə malikdir, həm də ovulyasiya prosesi üzərinə müsbət təsirlidir. Yuxu rejiminə əməl etməyən şəxslərdə melatonin ifrazatı az olduğu üçün qadınların dünyaya uşaq gətirmə qabiliyyəti aşağı düşür. Hamilə qalmaq istəyən xanımlar sağlam həyat tərzi yaşamalıdır. Hər gün eyni saatda yatıb eyni saatda durmalısınız. Hamiləlik şansını artırmaq üçün ən az 8 saat yatmaq lazımdır.

Yaş amilini nəzərə alın
Hamilə qalmaq istəyən xanımlar yaş amilini də nəzərə almalıdır. Hamilə qalmaq üçün ən yaxşı yaş dövrü 18-30 yaş arasıdır. 35 yaşdan sonra hamilə qalmaq şansı azalır, yumurtalıqların keyfiyyəti aşağı düşür.

Təhsil, karyera, iqtisadi səbəblər və evlilik anlayışında dəyişikliklər qadınları gec yaşda ana olmağa sövq edir. Yaş artdıqca isə qadınların çoxu qeysəriyyə əməliyyatına üstünlük verir. Lakin gənc yaşda və təbii yolla ana olmaq qadın sağlamlığı üçün çox əhəmiyyətlidir.

Zərərli maddələrdən uzaq durun
Ekoloji cəhətdən çirklənməyə məruz qalan mühit hamiləliyin pozulmasına, körpənin qüsurlu doğulmasına səbəb ola bilir. Zəhərli hava, plastiklər, təmizləyici, yuyucu maddələr və makiyaj vəsaitləri allergiyadan, hormon pozulmasına, sonsuzluq problemlərindən xərçəngə qədər bir çox xəstəliyə səbəb olur. Qadınlarda hormon pozğunluğu isə sonsuzluq riskini artırır.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 115
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri