Kişi sonsuzluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 867
Səs ver:
(səs: 1)
Hər bir kişi müəyyən yaşdan sonra nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər 10 ailədən biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.

"Sonsuz nigah” – müxtəlif kontrasepsiya metodlarından istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin olmadığı nigah adlandırılır. Qeyd etmək lazımdır ki, qadının xəstə olması dünyaya uşaq gətirə bilməyən yalnız 40% ailədə sonsuzluğun səbəbi olur. 45% hallarda "günahkar” kişi olur. Qalan 15% kişi və qadın orqanizmlərinin uyğunsuzluq hallarına düşür (immunoloji adlandırılan sonsuzluq forması və digər daha nadir hallar).

Kişi sonsuzluğunun səbəbləri

Kişilərdə sonsuzluq tənasül sisteminə mənfi təsir edən müxtəlif patoloji proseslər nəticəsində yaranır. Kişi sonsuzluğunun əsas səbəbləri aşağıdakılardır:


* Sidik – tənasül orqanlarının iltihabı xəstəliklər (uretrit, prostatit və s.);
* Cinsi yolla ötürülən xəstəliklər (süzənək, xlamidioz, trixomoniaz və s.);
* Cinsi (seksual) pozulmalar (impotensiya, vaxtından əvvəl spermanın boşalması və s.);
* Varikosele (toxum ciyəsi venalarının genişlənməsi);
* Spermatogenezin azalmasına gətirib çıxaran hormonal pozuntular;
* Kriptorxizm (xayaların xaya torbasına düşməməsi);
* Xaya torbası orqanlarının zədəsi;
* Cərrahi müdaxilələr: qasıq yırtığı, xaya qabıqlarının hidropsu, sidik kisəsində, onurğa sütununda aparılan əməliyyatlar və s.;
* Xayalarda iltihabı proseslə ağırlaşmış yoluxucu parotit (xanazır);
* İmmunoloji sonsuzluq;
* Şəxsi münasibətlərdə münaqişəli vəziyyətlər (psixoloji sonsuzluq).

Kişi sonsuzluğunun diaqnostikası

Xəstənin sorğusu, baxışı və müayinəsindən başqa diaqnostikanın əsas bəndi – spermoqrammadır. Spermoqrammanın aparılması üçün bir sıra şərtlərə riayət olunması tələb olunur:


1. Analizin verilməsindən 3-7 gün ərzində cinsi çəkinmə tələb olunur;
2. Alkoqol, dərman preparatları, hamam və ya saunalara getmək istisna olunmalıdır;
3. Sperma masturbasiya yolu ilə əldə olunmalı və şüşə (və ya plastik) tibbi qutuda yığılmalıdır. Bu məqsəd üçün prezervativin istifadəsi məsləhət görülmür, bu spermatozoidlərin həyat fəaliyyətini azalda bilər, analizin doğruluğuna mənfi təsir göstərə bilər. Yarımçıq qalmış cinsi aktı da müayinə üçün materialın əldə olunmasının yaxşı üsulu kimi hesab oluna bilməz. Birincisi, eakulyatın bir hissəsinin itkisi mümkündür, ikinci isə spermaya tərəf müqabilin uşaqlıq yolundan hüceyrələr düşə bilər.
4. Analizi klinikada vermək lazımdır, burada həmin məqsədlər üçün xüsusi otaqlar mövcuddur. Bəzi hallarda spermanın ev şəraitində yığılması da mümükündür, lakin yadda saxlamaq lazımdır ki, yarım saat ərzində sperma xüsusi qabda laboratoriyaya çatdırılmalıdır.

Kişi sonsuzluğunun profilaktikası

Kişinin anlamağa və öyrənməyə çalışdığı ən vacib suallardan biri: "Uşağı mayalandırmaq şanslarımı artırmaq üçün mən nə edə bilərəm?”. Aşağıdakı məsləhətlərə nəzər yetirin:

* Sağlam həyat tərzi (8 saatlıq yuxu, istirahət günləri və məzuniyyət zamanı çoxlu istirahət, gündəlik səhər gimnastikası, təmiz havada müntəzəm gəzintilər, idman oyunları);
* Psixo-emosional vəziyyətin normallaşdırılması (ailədə və işdə daimi streslərin aradan qaldırılması);
* Balanslaşdırılmış qidalanma (heyvan əti, yumurta, qoz-fındıq, dəniz məhsulları, təzə meyvə-tərəvəz, bal və s.);
* Reproduktiv orqanların (varikosele, xaya hidropsu, fimoz), qasıq yırtıqlarının cərrahi müalicəsi;
* Reproduktiv orqanların xəstəliklərinin (prostatitlər, epididimitlər) və cinsi yolla ötürülən xəstəliklərin (xlamidioz, ureaplazmoz, mikoplazmoz) vaxtı-vaxtında müalicəsi;
* Müntəzəm cinsi həyat (3-5 gündən bir);
* Həddindən artıq işləməmək (xroniki yorğunluq sindromu), kompüter arxasında ardıcıl 4-5 saatdan artıq oturmamamq;
* Uzun müddət ərzində soyuqda və xüsusən də yüksək hərarətli yerlərdə (sauna, hamam) qalmamaq;
* Kişi sonsuzluğuna səbəb olan faktorların aradan qaldırılması (alkoqol, siqaret, narkotik).

Müalicə
Kişi sonsuzluğunun müalicəsi – hər iki tərəfdən səbir və aydın məqsədlərin olmasını tələb edən mürəkkəb və uzun müddətli bir prosesdir. Kişi sonsuzluğunun müalicə sxemi xəstəliyin formasından, mərhələsindən, ilk səbəblərindən, eləcə də xəstə tərəfindən müxtəlif preparatların fərdi dözümlülüyündən asılıdır. Yalnız həkim müşahidəsi altında kompleks və düzgün seçilmiş müalicə taktikası sizin gözlədiyiniz nəticəyə gətirib çıxara bilər.

Unutmayın, heç bir zaman ümidinizi itirməyin. Bir çox ailə həkimlərin hamilə qalmaq mümkünsüzlüyü haqqında rəy verməsindən sonra dünyaya uşaq (bəzi hallarda isə bir neçə) gətirmişdirlər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 867
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri