Sonsuzluq və onun bəzi səbəbləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 221
Səs ver:
(səs: 2)
Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək olduğu dövr 20-26 yaşlar arası hesab olunur, bu şans 30 yaşından sonra sürətlə azalır.
Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%, 20-24 yaş arası 91%, 25-29 yaş arası 86%, 30-34 yaş arası 77%, 35-39 yaş arası 60%, 40-45 yaş arası 30%-dir.

Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk birinci ilində hamilə qalma şansı 75% olarkən, bir il artıq gözlədikdə, yəni ikinci ilin sonunda bu nisbət ancaq 10% artaraq 85%-ə qalxır.

Cütlərin uşaq sahibi olma istəyi: Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır.

Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4.5% nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% -ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır.

Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uyğun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır.

Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu "üz-üzə" olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üsdə yatması da hamiləlik şansını artırmaqdadır.

Cinsi əlaqənin ağrılı olması: Ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu da istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədir, hamiləlik şansını azaldar.

Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər.

Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir.

Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri daxildir.

Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır.

Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 221
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri