Qadın sonsuzluğuna səbəb olan amillər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 12 159
Səs ver:
(səs: 1)
1.Endokrin sonsuzluq (30-40%): Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır.
2.Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər.
3.Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur.sonsuzluq,infertility,besplodie,cinsi problem,
4.İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır.
5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur.
6.Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.
Sonsuzluğun növünü müəyyənləşdirmək üçün qadın və kişini müayinə etmək lazımdır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 12 159
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri