Kişi sonsuzluğunun səbəbləri nədir? - MÜSAHİBƏ

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 136
Səs ver:
(səs: 2)
Tariyel Məmmədovun sonsuzluq barədə verdiyi müsahibə.

-Tariyel bəy, kişi sonsuzluğunun səbəbləri nədir?
Sonsuzluğun səbəbləri içərisində kişi sonsuzluğu çox böyük yer tutur. Kişi sonsuzluğuna bir neçə faktor təsir edə bilər. Bunlara infeksiyalar, anomaliyalar, endokrinopatiyalar, varikoselle, immunoloji faktorlar, ətraf mühit, professional və məişətdə olan zərərli faktorlar aiddir. Bütün bu sadalanan faktorlara baxmayaraq, kişi sonsuzluğunun 20% hallarda səbəbini aşkar etmək olmur. Belə sonsuzluq "ideopatik” sonsuzluq adlanır.

-Kişi sonsuzluğunun müalicəsi necə aparılmalıdır?
Ümumiyyətlə, sonsuzluğun müayinəsində müayinə birinci kişidən başlamalıdır. Əfsuslar olsun ki, Azərbaycanda müalicəni qadınlar başlayırlar. Bu doğru deyil. Kişi birinci olaraq, spermoqramma analizi verməlidir. Əgər spermoqrammanın nəticələri norma daxilindədirsə, yalnız bundan sonra qadının müayinəsinə başlamaq olar.

Kişi sonsuzluğunun müalicəsində sonsuzluğa gətirib çıxaran faktor aşkar olunmalıdır.Təsadüfi deyil ki, siqaret çəkənlər, uzun müddət spirtli içki qəbul edənlər, zərərli istehsalatda çalışan insanlar bu zərərli faktorlardan uzaqlaşdıqdan sonra, spermaqrammanın göstəriciləri normallaşır və hamiləlik baş verir. Kişi cinsiyyət vəziləri (xayalar) təsadüfi deyil ki, xaya torbasında yerləşir. Xayaların normal fəaliyyəti üçün xayalarda temperatur ümumi bədən temperaturundan 2-3 dərəcə aşağı olmalıdır. Xayalarda temperaturun yüksəlməsinə gətirib çıxaran faktorlar bunlardır: uzun müddət oturaq həyat tərzi, dar alt paltarlarının geyinilməsi, saunalar, qaynar vannalar və s. Bu faktorlar spermaqatogenezin pozulmasına səbəb olur.

Maraqlı faktı diqqətinizə çatdırım ki, qədim zamanlarda çobanlar damazlıq qoçları yayda (isti havada) hər zaman sərin yerdə saxlayırlar. Çünki isti temperatur nəticəsində qoçların mayalandırma funksiyası kəskin aşağı düşür.

-Cinsi əlaqənin azlığı sonsuzluğa səbəb ola bilərmi?
Birincisi, cinsi əlaqədə nə qədər az olunursa, o zaman mayalandırmanın şansı bir o qədər azalır. Bununla bağlı konkret rəqəm yoxdur. Amma bir neçə araşdırmanın nəticəsinə əsasən həftədə 3-5 dəfə cinsi əlaqə kifayətdir. İkincisi, cinsi əlaqənin gec-gec olması yardımçı kişi cinsi vəzilərində (prostatda, toxum kisəciklərində) durğunluğa səbəb olur. Bu da toxumun keyfiyyətinin aşağı düşməsinə, spermatozoidlərin hərəkət faizinin azalmasına səbəb olur.

-Sonsuzluğun profilaktikası üçün nə etmək lazımdır?
Zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Xəstədə hormonal disbalans varsa, cinsi yolla keçən infeksiya, varizoselle, cinsi zəiflik varsa, vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Çünki nə qədər tez müalicəyə başlanılsa, müalicənin nəticəsi bir o qədər yüksək olar.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri