Sonsuzluğun müalicəsində ən effektiv metod

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 281
Səs ver:
(səs: 0)
Həyatda 20 il sonsuzluqdan sonra övlad sahibi olan ailələr çoxdur. Qurani-Kərim isə Həzrət İbrahimə pir vaxtında İsmaili əta etdi. Ümidsilik şeytandandır!
Sonsuzluğun müalicəsində ən effektiv metodlardan biri ekstrakorporal metoddur. Bu metod sonsuzluğun müalicəsi üçün hazırlanan ilk metodlardan olub, əsasında yumurtahüceyrənin bədəndən kənarda mayalanması durur. İlk dəfə 1978-ci ildə «sınaq borusu»ndakı uşaq bu metodla dünyaya gəlmişdir. Bundan sonra isə sonsuzluğun müalicəsi üçün bir çox metodlar təklif olunmuşdur, lakin indi tətbiq olunan bir çox məşhur reproduktiv texnologiyaların əsasında məhz EKSM durur.
ESKM-nin aşağıdakı mərhələləri var:
- İlk olaraq, qadına hormonal terapiya təyin edilir ki, bu yumurtahüceyrələrin yetişməsi üçün stimulyasiya məqsədilə aparılır.
- Müayinələr artıq yumurtalıqların hazır olduğunu göstərdikdə, cərrahi avadanlıq vasitəsilə yumurtahüceyrələrin yığılmasına başlanılır və sonrakı mayalanma, bölünmə və inkişaf prosesi sınaq şüşəsində gedir.
- Bölünmənin müəyyən mərhələsində embrion uşaqlıq yolu ilə uşaqlığa salınır və burada dölün inkişaf başlayır.
EKSM növləri:
Kriokonservasiyalaşmış embrionların köçürülməsi.
Bu əvvəlki EKSM prosedurundan dondurularaq saxlanılmış embrionların köçürülməsidir. Embrionlar müvəffəqiyyətlə dondurula və uşaqlığa yerləşdirilə bilər.
QİFT metodu (GIFT- Gamete intrafallopian transfer)
Burada da ilk etaplar EKSM-də olduğu kimi aparılır. Yumurtahüceyrə sperma ilə qarışdırılır, sonra cərrahi yolla onu birbaşa uşaqlıq borusuna yerləşdirirlər, bu mayalanma prosesinin daha təbii şəkildə getməsi üçündür. Prosedura anesteziya altında aparılır. Bu metod boruların funksiyası normal olan qadınlarda tətbiq olunur.
İCSİ metodu ( İCSİ İntrositoplasmic Sperm İnjection)
Bu zaman embrioloq inyeksiya vasitəsilə bir spermatozoidi yumurtahüceyrənin birbaşa içərisinə daxil edir. Bu xüsusilə də spermasında ümumiyyətlə spermatozoid olmayan (azoospermiya), az sayda hərəkətli spermatozoidləri olan (oliqoastenospermiya), və ya onların morfoloji anomaliyaları zamanı çox effektiv metoddur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 281
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri