Sonsuzluğa səbəb olan xəstəliklər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 088
Səs ver:
(səs: 2)
"Müasir dövrdə ən çox yayılan ginekoloji problemlərdən biri hormonal pozğunluq sayılır. Daha çox qadınlarda aşkarlanan bu xəstəlik həyat tərzini tamamilə dəyişməklə yanaşı, bir çox xəstəliyin də əsasını qoyur ".

Həkim-ginekoloq Məhəmməd Qəmbərov APA TV -yə bildirib ki, dünyada hər üç qadından ikisində aşkarlanan hormonal pozğunluq hamilə qalmağa mane olur. Məhəmməd Qəmbərovun sözlərinə görə, məhz bu səbəbdən də qadın hamilləliyi üçün ən başlıca faktor yaşdır. Yaş keçdikcə qadınlarda yumurtalıq rezervini artırmaq mümkün olmur: "Qadının doğurqanlıq yaşı 24-27 yaş arası müəyyənləşdirilir. 35 yaş artıq tibbdə yaşlı hamilələlik kimi dəyərləndirlir. Hətta 30 yaşlı hamilə xanımla -35 yaşlı hamilənin müayinəsi belə çox fərqlidir".

Məhəmməd Qəmbərov deyir ki, hormonal pozğunluq görmə qabiliyyətinə də mənfi təsir edir, hətta insanı kor qoya bilər. Hormonal pozğunluğu yaradan səbəblər həkim məsləhəti olmadan arıqlama dərmanlarının qəbulu, düzgün qidalanmammaq, oturaq həyat tərzi və stressdir. Qadın xəstəliklərinin böyük qismi yaşla əlaqəli yaranan problemlərdən üzə çıxır.

Məhəmməd Qəmbərov hesab edir ki, qadın xəstəliklərinə yol açan əsas amillərdən biri də aborta meyliliyin artmasıdır. Çünki qadınların əksəriyyəti ana bətnindən uşaq xaric edildikdən sonra müayinə və müalicədən yayınır.

Müsahibim əksər hallarda qadın sonsuzluğuna səbəb olan ginekoloji xəstəliklərdən birinin endometrioz xəstəliyi olduğunu deyir. Endometrioz çox vaxt yumurtalıqla uşaqlıq boruları arasında, uşaqlıq boruları ətrafında və digər yerlərdə çapıqların əmələ gəlməsinə səbəb olur. Endometrioz, mioma və ya fibromioma da sonsuzluğa səbəb ola bilər.
 
ARAYIŞ:
Uşaqlığın mioması (fibroma və ya fibromioma da adlanır) – uşaqlığın hormonlardan asılı olan xoşxassəli şişi olub, qadın cinsiyyət üzvlərinin ən çox yayılmış şiş xəstəliklərindən biridir. Mioma xərçəng şişi olmadığı üçün xoşxassəli şiş adlandırırlar. Ancaq bəzi hallarda mioma bədxassəli şişə də keçə bilər.

Xəstəliyə ən çox 40-50 yaşda olan qadınlarda rast gəlinir, lakin son vaxtlar xəstəlik "cavanlaşıb” - düyünlü yeni törəmələr 20-30 yaşda olan qadınlarda da müşahidə olunur.

Miomanın inkişafı miometriy qatında bir və ya bir neçə düyünün yaranmasına gətirib çıxaran hormonal pozulmalarla bağlıdır. Düyünlərin ölçüsü inkişaf edən dölün ölçüləri kimi həftələrlə qiymətləndirilir.

Xəstəlik heç də həmişə özünü biruzə vermir, simptomsuz keçir, qadın onu heç nə narahat etmədiyinə görə həkimə müraciət etmir. Bu düyünün çox böyüməsinə, nəticədə cərrahi müdaxilənin zəruriliyinə gətirib çıxarır. Bu xəstəliyə əsasən, menstrual funksiyanın pozulması, abortlar, endometrioz, hormonal pozulmalar və ürək-damar sistemi xəstəlikləri səbə olur.

Endometrioz da xoşxassəli xəstəlikdir - yəni xərçəng deyil, ancaq digər orqanlara və toxumalara yayılması onu bədxassəli şişlər ilə oxşar edir. Endometrioz qan və limfa axarı ilə yayılır. Bağırsaq divarına, sidik kisəsinə, sidik axarına, qarın divarına, dəriyə keçə bilər. Onun ocaqları limfatik düyünlərdə, ağ ciyərlərdə, gözlərdə və s. orqanlarda da aşkar edilə bilər. Qadınlar endometrioza əksər hallarda dolyaratma qabiliyyəti olan yaşlarda yaxalanırlar.

Əlamətlərə gəlincə, ağrılar aybaşı öncəsi və aybaşı zamanı artaraq, aybaşı qurtaran kimi sakitləşir. Xəstəliyin ən çox rast gəlinən əlamətlərindən biri də aybaşından bir neçə gün əvvəl və bir neçə gün sonra uşaqlıq yolundan az miqdarda qan qarışıqlı ifrazatın olmasıdır. Zədələnmiş orqandan asılı olaraq qan qarışıqlı ifrazat cinsi yollardan, göbəkdən, ağızdan öskürəklə gələ bilər.

Bəzi hallarda endometrioz heç bir əlamət olmadan keçir və digər xəstəliklərə görə müayinə olunarkən təsadüfən aşkar edilir.

Endometrioz olan qadınlarda əksər hallarda anemiya  inkişaf edir ki, bu da özünü ümumi zəiflik, tez yorulma, dəri və selikli qişalarda avazıma kimi əlamətlərlə büruzə verir.

Həkim ginekoloq Məhəmməd Qəmbərov tövsiyyə edir ki, evlilikdən 3 il sonra hər bir qadın mütləq şəkildə ildə bir dəfə ginekoloq müayinəsindən keçməlidir. Bu müayinə isə ultrases müayinəsi ilə sərhədlənməməlidir. Bundan əlavə, hər bir qadın 40 yaşından sonra ildə birdəfə mamoqrafiya çəkdirməlidir. Bu gün süd vəzi xəstəliklərinin sayı uşaqlıq yolunun xəstəliklərində 10 dəfə artıqdır. Hər 10 qadından biri həyatının müəyyən mərhələsində süd vəzi xərçənginə yaxalanır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 088
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri