Qadınlarda sonsuzluğun səbəbləri hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 843
Səs ver:
(səs: 0)
Sonsuzluq ya da infertilite qadınlarda və kişilərdə tibbi səbəblər əsasında körpə sahibi ola bilməmə vəziyyətinə verilən addır. Tibb ədəbiyyatda sonsuzluq "hər hansı birqorunma olmadan, nizamlı cinsi əlaqəyə baxmayaraq bir il içərisində körpə sahibi ola bilmemek " şəklində təyin olunur. Dünya ümumisinin 15-20 % lik bir nisbəti öz arzularına baxmayaraq körpə sahibi ola bilmirler. Buna səbəb olan faktorların içərisində qadın mənbəli səbəblər 50% lik bir qismi əhatə edir. Qadın qaynaqlı sonsuzluğun ən çox səbəblərindən biri , hər ay yumurta inkişafınin normal şəkildə olmamasıdır. Və ya inkişaf olsa belə nizamlı olaraq olmamasıdır. Buna, ovulyasiya pozgunluğu da deyilir.
Ən çox qarşılaşılan ikinci bir problem isə, qadının yumurtalıq kanallarının tutulmuş olma vəziyyətidir. Yumurtalıq kanalları yumurtalıqlardakı yumurtanı bağlayır və içinə alır. Ardından uşaqliqdan gələn sperma ilə birlikdə döllənmə, yumurtalıq kanalının içində reallaşır. Yumurtalıq kanallarının tıxanması, uşaqlıq içində yapışıklık, kanalın içindəki yumurta ilə spermanı yaxınlaşdıran kiçik milyonlarla tükcüyün funksiyalarının itməsi üzündən sonsuzluq, infertilite meydana gələ bilməsidir.
Qadınlarda sonsuzluq səbəbləri
Ovulyasyada meydana gələn prablemler,qadında ən cox qarşılaşılan sonsuzluq səbəbləridir.
Borularin zərər görməsi: Boruların qismən ya da tamamilə tıxalı olması sperma və yumurtanın görüşməsinə mane olur. Bu da döllənməni dolayısı ilə hamiləliyi çətinləşdirir.

Endometrioz: Endometrioz uşaqlıq içini döşəyən toxumanın (Endometrium) uşaqlıq xaricində inkişaf etməyinə verilən addır.
Uşaqlıq qaynaqlı problemlər: uşaqlıq boynundaki struktura, infeksiya səbəbi ya da bu qisimdəki ifrazat (Mukus) kimi pozuqluqlar sonsuzluqa səbəbi ola bilər.

Endometrioz rəhmin hər ay qanayan daxili təbəqəsinin bir hissəsinin də qarının içində olmağidir. Hər ay bu endometrioz bənzərlərindən ölçü olaraq getdikcə böyüyərək kistik strukturlar meydana gətirə bilir. Bu da yapışıqlıqlara səbəb olur. Bu yapışıqlıq da sonsuzluğa səbəb olur və cərrahi müalicə gərək ola bilər. Bu mərkəzlər, müəyyən bir müddət sonra uşaqlıq kanallatinin tıxanmasına, ya da ovulyasıyanın pozulmasına gətirib çıxardır. Endometriozu olan qadınların 7 0% -i sonsuzluq problemiylə qarşı-qarşıya qalırlar.

Allergik səbəblər: Allergik səbəblər sonsuzluğa səbəb ola bilməklə birlikdə diagnozları və müalicələri çətindir.

Polip
Qadınlarda körpə ola bilməsi üçün uşaqliğin normal vəzifəsini görməsi lazımdır. Körpənin inkişaf edəcəyi uşaglığın içindəki bölgədə iltihab ya da anadangəlmə yapışıqlıqlar, polip, miyom adı verilən uşaglığın içinə doğru inkişaf edən şişlər, anadangəlmə səbəblərdə olan ürək formasındakı uşaglığ, cüt uşaglığa sahib olma kimi müxtəlif səbəblərdən də hamiləliyin reallaşması çətinləşir. Hamiləlik reallaşsa belə, duşuklərə səbəb ola bilir. Bu problemlər cərrahi əməliyyatlarla düzələ bilər. Sonsuzluğun səbəbləri arasında rəhmdəki şəkil pozuqluqları, infeksiyalar və mikos keyfiyyətinin pis olması, uşaglığın boynunda (serviks) ya da uşaglığın içində inkişaf edən polip varlığı ola bilər. Polip; yaxşı xassəli, kiçik, toxumalardır. Bəd xassəli olmamaqla birlikdə bəzən hamiləliyin reallaşmasına maneə təşkil edə bilərlər.

Qadının yaşı
Qadının yaşı irəlilədikcə yumurtanın sayı azalır. Eyni şəkildə ovulyasiya pozular və yumurtanın keyfiyyəti aşağı düşər. Hamiləlik reallaşsa belə ilk günlərdən itgi ilə nəticələnə bilər . Yumurta yaşlanması deyə adlandırılan bu vəziyyət, qadının menopoz dövrünü yaşayacağı yaş ilə də əlaqəlidir. Hər adətin üçüncü günü baxilan xüsusi testlərlə də yumurtalıq yaşıyla əlaqədar fikir sahibi olmaq mümkündür.Günümüzdə qadının daha gec evlənməsi və uşaq sahibi olma yaşını təxirə salması səbəbiylə yumurtalıq yaşlanması və bu səbəblə reallaşan sonsuzluq,daha geniş bir səbəb olmaqda və çox müasir texnologiya bu vəziyyətə bir həll tapmamaqdadır .

Uşaglığ boynu ifrazatı iltihabı
Uşaglıq boynu ifrazatı iltihablı isə, spermaların keçişini çətinləşdirə ya da spermaları birbaşa öldürə bilər kimi, yoldaşlar arasındakı toxumalar uyumsuzdur və qadın spermaya qarşı bəzi əks maddələr istehsal edir. Bu maddələr spermanın öldürülməsinə səbəb olur.
Qadın sonsuzluğu üçün risk meydana gətirən xarici faktorlar hansılardır?
Birincisi faktor ana namizədinin siqaretdən istifadə etməsidir. Nikotin maddəsi yumurtalığın keyfiyyətini pozur. Bu səbəblə döllənməni çətinləşdirir və hamiləlik ehtimallarını azaldır.

Spiral istifadəsi
Uşaglığ daxili vasitələr (spiral) bəzi sonsuzluq hadisələrinə səbəb ola bilir. Spiralin bilinən funksiyaları, gövdəsi uşaglığın içində, gövdəsindən çıxan iplər isə vaginanın içində olan bir idarə üsuludur. Vaginanın içinə doğru sallanan iplər, spiralin günün birində çəkilib çıxardılması üçün tətbiq olunur. Lakin bu iplər çirkli olan vagina ilə təmiz olan uşaglığın içini bir araya gətirməsi səbəbiylə bəzən iltihaba da səbəb ola bilir. Vaginadaki cinsi əlaqə ilə kecən bakteriyalar, mikroblar uşaglığın içinə girərək iltihablanmağa səbəb ola bilir. Bu iltihablaşma uşaglığın iç divarina təsir edərək yumurtalıq kanallarına doğru irəliləyərək o kanalların da yapışmasına ya da içindəki tükcüklərin pozulmasına səbəb ola bilir. Bu səbəblə əksəriyyətlə spiral heç körpə sahibi olmayan ana namizədlərinə qoyulmağə təklif edilməz. Spiral istifadə edən insanlarda adət qanamasının müddəti uzanır, adət ağrıları bir az artır. Eyni zamanda iltihab risklərini də artırır.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri