Qadınlarda sonsuzluq və tüp bəbək

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 736
Səs ver:
(səs: 1)
Qadının çoxalma sistemi orqanizmdəki ən kiçik dəyişiklikdən asanca təsirlənən çox həssas bir bünyədir.Qadınlarda sonsuzluğun müxtəlif səbəbləri vardır. Sonsuzluq bir dişi ünsür olaraq, ən azı kişi ünsürü qədər yüksəkdir. Doğuş qabiliyəti ilə əlaqədar problemlərin 40 faizini qadın digər 40 faizini kişi qalan 10 faizini də hər ikisi meydana gətirir. Bir qadının orqanizmində körpə əmələ gələ bilməsi üçün çox mürəkkəb mərhələlərdən keçməsi lazımdır. Bu səbəblə qadın sonsuzluğuna bir çox səbəb gətirilə bilər. Bu səbəblə qadınlarda sonsuzluğlaəlaqədar problemlər kişilərdən daha mürəkkəbdir.

Yumurtlama Problemləri: Yumurta keyfiyyəti və yumurtlama nizamı qadınlarda sonsuzluğun yaranmasında önəmli bir faktordur. Yumurtlamanın olmamasını çox səbəbdən ola bilər.

* Polikistik over deyilən yumurtlama pozuntusu xəstəliyi, yumurtlama problemləri arasında ən çox görülənidir. Normal şərtlərdə bir qadında hər ay 20 mm diametrində bir follikül inkişaf edir.

Polikistik over sindromu olan qadınlarda isə, bunun yerinə kiçik kiçik, gərəyindən çox yumurta inkişaf edir, lakin həqiqi mənada yumurtlama baş vermir. Polikistik over sindromu var olan qadınlarda nizamsız aybaşı və çox tüklənmə görülür.

* Hipotalamus, yumurta hüceyrəsi yumurtlamanın başlamasını xəbərdar edən hormon GNRH’yi ifraz edir. İfraz olunan GNRH, hipofiz vəzindən FSH və LH hormonlarının ifrazına səbəb olur. Hipotalamus bu prosesi hərəkətə gətirməkdə ya da nəzarət etməkdə uğursuz olsa, yetişməmiş yumurtalara səbəb olur. Bu da qadınlarda sonsuzluq səbəblərindən biridir.

* Tiroid hormonun müntəzəm işləməməsi, hipofiz ifrazat vəzinin hər hansı bir zədəyə məruz qalması yaxud ur tapılması səbəbiylə prolaktin hormonunun çoxalması, hamiləliyə mane olan faktorlar arasındadır.
* Orqanizmdə xərçəng kimi ağır bir xəstəlik varsa, orqanizm bu vəziyyətdə yumurtlamağı kəsərək özünü hamiləlikdən qoruyur.

Şokolad kisti: Şokolad kisti qadınlarda sonsuzluq səbəblərindən biridir. Şokolad kisti deyilən, rəhm içini örtən toxuma xaricində, bağırsaqların üzərində, sidik kisəsinin üst tərəfində, qarının içində fərqli yerlərə yapışması və aybaşıyla birlikdə bu nöqtələrdə da qanama olması ilə ortaya çıxır. Xəstədə aybaşı və cinsi əlaqə əsnasında ağrıya səbəb olur. Şokolad kisti yumurtlamağı pozur ya da tamamilə ortadan qaldırır və yumurtalığın cırılmasına səbəb ola bilər. Endometriozis müalicəsində ümumiyyətlə cərrahi müdaxilə şərtdir. Bunun sonunda müvəffəqiyyət əldə edilməmişsə xəstə tüp bəbək müalicəsinə yönəldilir.

Fallop tüp keçməzliyi: Fallop tüpləri keçməzliyi sonsuzluqda əhəmiyyətli xəstəliklərdən biridir. Sonsuz xəstələrinin üçdə birində tüp keçməzliyi mövcuddur. Əgər tüp tıxalıdırsa spermaların yumurtalarla görüşməsi mümkün deyil. Fallop tüplərdən biri tıxalıdırsa hamiləlik mümkün ola bilər lakin ikisi birlikdə tıxalıdırsa hamiləlik olması mümkün deyil. Tıxanma ancaq bu şəkildə aydın olur. Tüp tıxanıqlığının səbəbləri arasında infeksiyalar mövcuddur.

Anadan gəlmə problemlər də, tüp tıxanmasına səbəb ola bilər. Tüplərin tıxalı olub olmadığını normal bir müayinə ilə anlamaq mümkün deyil. Sonsuzluq problemi yaşan xəstənin HSG çəkdirməsi lazımdır. Əgər tıxanma söhbətin mövzusudursa laparoskopi tətbiqi tüplərdəki yapışqanlığın səbəbini başa düşməyə və ya mümkünsə müalicə yolu ilə getməyə ya da vaxt itirmədən tüp bəbək metoduna müraciət etməyə istiqamət verər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 736
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri