Varikosel: Kişi sonsuzluğunun əsas səbəkarı – VİDEO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 249 564
Səs ver:
(səs: 13)

Araz Bayramov: "Kişi sonsuzluğundan əziyyət çəkənləri o qədər müayinələrə cəlb edirlər ki, onlar bu prosesdən yorulur”

"Son illər Azərbaycanda sonsuzluq o qədər sürətlə artıb ki, artıq hər hər 5-10 ailədən biri övlad payından məhrum olur”.

Belə bir sensasion açıqlama ilə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uzman-androloq Araz Bayramov çıxış edib.

Onun sözlərinə görə, sonsuzluq zamanı 30 faiz qadınların, 30 faiz kişilərin, 40 faiz də qarışıq səbəblərin payına düşür:

"Əksər hallarda biz övlad həsrətində olan ailələrdə qadınların daha çox müalicəyə cəlb olunmasına rast gəlirik. Amma unuduruq ki, kişi sonsuzluğu da ciddi şəkildə artıb və sonsuzluq zamanı qadınlarla bərabər kişilər də mütləq müayinədən keçəməlidir. Burada haşiyəyə çıxaraq, bir məqama diqqət çəkmək istəyirəm ki, kişi sonsuzluğunu doğuran əsas səbəblərdən biri varikoseldir. Bu mənada ilk növbədə varikoselin olub-olmadığını dəqiqləşdirmək lazımdır”.

"Bəzən elə olur ki, çox xırda səbəbə görə, ailələr övlad sevincindən məhrum olur” deyən uzman Dr. Araz Bayramov bildirdi ki, bu gün Azərbaycanda varikoselin müalicəsi ən qısa zamanda mikroskopik üsulla aradan qaldırılır:

"İlk öncə kişi sonsuzluğundan əziyyət çəkən kişilər qanda hormonlar-FSH və İnhibin B analizlərindən, spermoqramma (sperma analizi) və xayaların dopler müayinəsindən keçməlidir. Yerdə qalan bütün müayinələr bu müayinələrin nəticəsindən asılı olaraq təyin oluna bilər. Qeyd etmək istərdim ki, əksər hallarda ginekoloqlar kişilərdə lazımsız müayinələrə göndərişlər verirlər. Bəzən kişi sonsuzluğundan əziyyət çəkənləri o qədər müayinələrə cəlb edirlər ki, onlar bu prosesdən yorulur. Yuxarıda qeyd olunan müayinələr kişilərdə sonsuzluğun olub-olmadığını təyin etmək üçün kifayətdir”.

"Əgər hər hansı kişidə varikoselin olduğu aşkaralanarsa, biz onu bir gün ərzində aradan qaldıra bilirik” deyən uzman Dr. Araz Bayramov söylədi ki, xəstə heç bir ağrı, stress olmadan bu prosesi arxada qoya bilir: "Böyüdücü mikroskopun köməyilə biz xəstəni 15 dəqiqə ərzində xaya venaları, xayanı qidalandıran arteriyalara toxunmadan müalicə edirik”.

Xatırladaq ki, Araz Bayramov Avropada təhsil alıb və Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında uroloq-cərrah işləyib.

ABŞ-ın məşhur "American”, "Klivlend” klinikaları ilə əməkdaşlıq edən uzman Dr. Araz Bayramov hazırda MTN-nin Hospitalı və "Baku Clinic”də böyrək daşlarının ən müasir üsulla çıxarılması, prostat xərçənginin erkən aşkarlanması və müalicəsi, böyrək kistaları və törəmələrinin laporoskopik müalicəsi, uşaqlarda anadangəlmə böyrək-sidik problemlərinin aradan qaldırılması və digər uroloji-androloji problemləri ən müasir üsullarla aradan qaldırır.

İlk dəfə olaraq ölkəmizdə hər iki böyrək daşlarının tam kəsiksiz, təbii yolla qalxaraq müalicəsini, prostat xərçənginin laporoskopik yolla radikal müalicəsini həyata keçirib.

Uzman Dr. Araz Bayramovla əlaqə: 050-234-55-60

 

(səs: 13)
Şərhlər: 4
Baxılıb: 249 564
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri