“Səbəbi qadında yox, kişidə axtarmaq lazımdır” – VİDEO

Müəllif: NoName
Şərhlər: 0
Baxılıb: 6800
Paylaş:
Səs ver:
(səs: 1)

Araz Bayramov: "Bəzən ailə dağılandan sonra məlum olur ki, sonsuz olan qadın yox, kişi imiş”

Hər il dünyada milyonlarla ailə sonsuzluq səbəbindən dağılır. Ümümdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər nikaha daxil olan beş ailədən biri sonsuzluq problemi ilə üzləşir,

10 cütlükdən biri isə bu səbəbdən sonradan yollarını ayırır.

Bəs görəsən bəşəriyyətin qlobal problemlərindən olan sonsuzluq nədən qaynaqlanır və bunu necə aradan qaldırmaq olar?

TƏBİB.AZ məsələyə Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, tanınmış uzman, uroloq-androloq Araz Bayramovun münasibətini öyrənib.

Portalımıza açıqlamasında uzman-androloq bildirib ki, 30 faizi kişilərin, 30 faizi qadınların, 40 faizi isə qarışıq səbəblərin payına düşən sonsuzluğu doğuran səbəblər müxtəlif olsa da, əsas səbəb genetik daşıyıcılarda, xromosomlarda olan uyğunsuzluqdur:

"Biz nəyi müşahidə edirik? Sonsuzluqdan əziyyət çəkən ailələrdə əvvəlcə qadınları müayinəyə cəlb edirlər. Kişilər ən sonda müayinə və müalicə olunur ki, bu da vaxt itkisinə gətirib çıxarır. Elə rəy yaranır ki, guya səbəbkar qadındır və ciddi araşdırma aparılmadan ailələr dağılır. Sonradan ər də, arvad da digər şəxslərlə nikaha daxil olur. Məlum olur ki, qadının uşağı var, kişi isə hələ də sonsuzdur. Bu mənada kişilərin cəsarətli olmasına, vaxtında müayinədən keçməsinə ciddi ehtiyac var”.

Kişi sonsuzluğunun səbəblərindən danışan Araz Bayramovun sözlərinə görə, kişi sonsuzluğunu doğuran əsas səbəb varikosel xəstəliyidir:

"Varikosel xaya damarlarının genişlənməsi xəstəliyidir. Məhz elə buna görə də, bizə sonsuzluqla bağlı müraciət edən xəstələri ilk növbədə xayaların USM-nə cəlb edirik. Əgər xəstədə Varikosel varsa, dərhal onu əməliyyata cəlb edirik. Bu mikroskopik əməliyyat heç bir ağrı, stress olmadan ən qısa zamanda həyata keçirilir. Unutmaq olmaz ki, Varikosel xəstəliyi olan kişilərin nəsil artırma qabiliyyəti demək olar ki, yox səviyyəsindədir. Digər səbəb prostatitdir (Prostat vəzinin iltihabi xəstəliyi). Belə vəziyyətlərdə biz sidik kanalına endoskopik yolla daxil olub, sidik kanalının darlığının olub-olmamasını müəyyən edir, bu hal aşkar olunarsa, holmium lazerlə kanal darlığını aradan qaldırırıq”.

Xatırladaq ki, Araz Bayramov Fransada və Avropanın digər ölkələrində uzman kimi çalışdığı dövrlərdən prostat və böyrək xəstəliklərinin ən müasir üsulla müalicəsini, kəsiksiz, ağrısız və stressiz yolla əməliyyatını həyata keçirib və beş ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir.

Hazırda MTN-nin Hospitalında çalışan Araz Bayramov ölkənin ən güclü uroloq-androloqlarından sayılır və onun fəaliyyəti nəinki ölkəmizdə, Avropanın özündə də maraqla qarşılanır.

Dr. Araz Bayramov

Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü

Fransa təhsilli uzman

Uroloq-androloq-cərrah

MTN Hospitalının həkimi

Telefon: 050 234 55 60



loading...
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 6800
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook