Yumurta hüceyrəsi donorluğu

Müəllif: emis
Şərhlər: 2
Baxılıb: 3 441
Səs ver:
(səs: 1)
Əgər qadında yumurtalıqlar xaric olunubsa və ya hər hansı bir digər səbəb üzündən onun orqanizmində mayalanma qabiliyyətinə malik olan, kifayət qədər sayda follikul yetişmir, mayalanma üçün donor yumurta hüceyrəsindən də istifadə etmək olar.
Bundan başqa, xromosom mutasiyası və ya genetik xəstəliyi olan qadınlarda, həmin xəstəliklərin dölə ötürülməsinin qarşısını almaq üçün, həmçinin yaşlı qadınlarda da donorun yumurta hüceyrəsindən istifadə edilməsi üsuluna müraciət edilir.
 
Yaş artdıqca qadınlarda yumurtalıqların funksiyası zəifləyir, müxtəlif xromosom patologiyası olan (ən çox yayılmış xromosom patologiyalarından biri – Daun sindromudur) yumurta hüceyrələrinin sayı isə artır. Yumurtalıqların funksiyasının zəifləməsi təbii prosesdir. Onun inkişafını saxlamaq mümkün deyil. Ona görə də sonsuzluğun müalicə olunmasının effektivliyi, cavan qadınlara nisbətən, yaşı 35-dən artıq olan qadınlarda çox aşağı olur. Cavan donor-qadınlardan alınan yumurta hüceyrəsindən istifadə edilməsi, yumurta hüceyrəsinin keyfiyyətinin daha yüksək olması səbəbindən müalicənin səmərəliliyini artırır. Süni mayalanma üzrə ixtisaslaşmış tibb müəssisələrinin əksəriyyətinin, öz qadın yumurta hüceyrəsi donorları olur. Bu qadınlar əvvəlcədən yoxlanılaraq xüsusi ciddiliklə seçilən (psixoloji və fiziki sağlamlığı, yaşı, xarici göstəriciləri, genetik müayinəsi və s.) şəxslər olur. Donorun və "yad” yumurta hüceyrəsindən istifadə edən ailə cütlüyünün şəxsiyyətləri hər bir halda qəti şəkildə gizli saxlanılır.
Ailə cütlüyü, həmçinin öz istəklərinə uyğun olaraq yaxın qadın qohumlarının və tanışlarının yumurta hüceyrəsindən də istifadə edə bilərlər. Bu zaman seçilən donor qadın da müvafiq tam həkim müayinəsindən keçirilir.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri