Süni mayalanma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 786
Səs ver:
(səs: 1)
Bu gün orqanizmimizlə bağlı elə vəziyyətlər yaranır ki, "qulaqardı” yanaşmaq daha böyük fəsadlarla nəticələnə bilər. Adətən insanlar xəstəliyin ən pik həddində həkimə üz tuturlar. Bunu nəzərə alıb, xüsusi qeyd edirik ki, indi söhbət açacağımız problemə biganə yanaşmaq olmaz.
Bu problem dünyanın hələ istisindən, soyuğundan xəbəri olmayan, yenicə gözünü açmış körpənin anus dəliyinin patologiyası ilə doğulmasıdır.
Bu problemlə qarşılaşmamaq üçün görüləcək tədbirlər, xəstəliyin yaranma səbəbləri və çıxış yolları ilə bağlı olaraq, uşaq cərrahı və uroloqu Fuad Hüseynovla əlaqə saxladıq.
Onu da qeyd edək, F.Hüseynov bu xəstəliklə bağlı cərrahi əməliyyat aparıb.
O bildirdi ki, bu problem düz bağırsağın öz yerində yox, uşaqlıq yolunda, vaginanın üstündə olması ilə bağlıdır:
"Bu xəstəliklə bağlı son qarşılaşdığım vəziyyət belə idi: 10 ildən sonra süni mayalanma yolu ilə əkiz hamiləlik yaranmışdı. Uşaqlardan biri tam normal, digəri isə bu patologiya ilə doğuldu. Süni mayalanma bir çox hamiləlik qüsurlarının artmasına səbəb olur. Problem odur ki, vagina ilə düz bağırsağın bir divarı var idi. Onları zədələmədən bir birindən ayırdıq. Düz bağırsağı öz yerinə tikdik. Bu əməliyyatdan sonra uşağın tam sağalması üçün 6 ay zaman lazımdır. Müalicə prosesi düzgün aparıldıqda gələcəkdə bu cür xəstələrin hamilə qalması və ya cinsi həyatla bağlı problemi olmayacaq".
Həkim onu da qeyd etdi ki, bu xəstəliyin heç bir virusla əlaqəsi yoxdur:
"Sırf anatomik qüsurdur. Daxili orqanların ana bətnində inkşaf zəifləməsindən yaranır. Bu problemə tək qız uşaqlarında yox, əks cinsdə də rast gəlmişik. Genetikanın da təsiri çox olur. Genetik olaraq da belə patologiyalar baş verə bilər. Yaxın 3 il ərzində 6-7 əməliyyat aparmışıq. Onların arasında 2-si oğlan, qalanı qız uşağı olub. Bu da belə nəticəyə gəlməyimizə əsas verir ki, söz açdığımız patologiya daha çox qız uşaqlarında olur".
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 786
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri