1
il ərzində partnyorların qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq
hamiləliyin olmaması halına sonsuzluq (infertility) deyilir.Sonsuzluğa
yol aça biləcək bir çox psixoloji ve fiziki səbəblər var.Sonsuzluq
problemi olan partnyorların təxminən 85-90% ında hər hansısa bir səbəb
ortaya qoyula bilir.Uyğun müalicə ilə daha əvvəl heç hamilə
qalmayanlarda 50-60% ında hamiləlik meydana gəlməkdədir.Heç müalicə
olunmayanların isə 15-20% ı hamilə qala bilməkdədir.
Sonsuzluq ümumi olaraq iki yerə bölünür:
(1)Birincil Sonsuzluq :daha əvvəl hamilə qalmayamlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması
(2)İkincil Sonsuzluq: daha hamilə qalanlarda 1 il ərzində qorunmasız cinsi əlaqəyə baxmayaraq hamiləliyin olmaması
Bütün
sonsuzluqların təxmini olaraq 30-40% kişilərdən qaynaqlanmaqdadır.Kişi
sonsuzluğuna səbəb ola bilən faktorlar: retrograd ejakülasiya (spermanın
geri qayıtması), impotensiya, hormon çatışmazlığı,ətraf mühitin zərərli
faktorları,cinsi yolla yoluxan xəstəliklər,qulaqdibi(svinka),sperm
sayısında azalma,varikosel,Marixuana, simetidin, spironolakton,
nitrofurantoin kimi maddə ve dərmanlarlar vəs.kişilərdə sonsuzluğa səbəb
ola bilər.
Qadınlarda
sonsuzluğa səbəb ola bilən faktorlar:cinsi yolla yoluxan
xəstəliklər,endometriozis, ovulyasiya anormallıqları,yetəri qədər
qidalanmama ,hormonal anormallıqlar,dietil-stil bestrol(dərman
adıdır)istifadə etmək,yumurtalıq kistləri, pelvik(çanaq boşluğu)
infeksiyaları,şişlər vəs.Sonsuzluqların 40-50% i qadınlardan
qaynaqlanmaqdadır.
Təxminən 10-30% hallarda problem həm qadından həm kişidən qaynaqlana vəya hər hansi bir səbəb tapılmaya bilər.
Hamilə
qalmaq üçün ən az bir il cəhd edilməli olduğu unudulmamalıdır.Bir qadın
üçün ən yüksək doğurqanlıq yaşı 20 li yaşların ilk illəridir. 30 yaşdan
sonra (xüsusilə də 35 yaşdan sonra) hamilə qalma ehtimalı olduqca
azalır.
Bütün bunlara əlavə olaraq,sonsuzluq riski aşağıdakı hallarda artar:
Qorunma(kontrasepsiya)
Sonsuzluq
çox vaxt cinsi yolla yoluxan xəstəliklarə bağlı olduğundan,ancaq
etibarlı cinsi əlaqələrə girmək sonsuzluq riskini azaltmaqda effektli
yoldur.Xüsusən də Gonorreya və xlamidiya,bu infeksiyalar içində
sonsuzluğun ən çox səbəbidir. Bu infeksiyalar ilərləyərək
salpinjit(uşaqlıq borularının iltihabı) vəya pelvik inflamatuar
xəstəliyə səbəb ola bilər.Bu xəstəliklər isə uşaqlıq borularında
yapışıqlığa səbəb olaraq əvvəlcə reproduktiv qabiliyyəti azaldır,sonra
sonsuzluğa ve daha sonra yalançı hamiləliyə (ektopik hamiləlik)səbəb
olurlar.
Bəzi
kontrasepsiya metodlarının da sonsuzluq meydana gətirmə riski
digərlərindən çoxdur. məsələn:spiral.Spiral daha əvvəl hamilə qala
bilməyən qadınlara tövsiyyə edilməməlidir.
Simptomlar
- hamilə qalmama
- və buna bağlı ortaya çıxan psixolojik şikayətlər
Sonsuzluğun diaqnozu
Partnyorların birlikdə muayinəsi əsas prinsipdir.Diaqnoz məqsədilə aşağıdakı analizlərdən istifadə edilə bilər:
- çanaq muayinəsi
- spermogram: 2-3 günlük cinsi əlaqədən sonra sperm toplanır və sayısı, hərəkətliliyi və şəkilləri incələnir.
-
bazal tempratura ölçümü: her səhər yataqdan qalxmadan əvvəl qadının
beden temperaturu ölçülür, 0.5-1.0 dərərcə yüksəlmə ovulyasiya olduğunu
düşündürür.
- mensturasiya zamanı servikal mayenin analiz edilməsi:mayedə qatılaşma ovulyasiyanı düşündürür.
- post-koital test (cinsi əlaqə sonrası test):Cinsi əlaqədən 2-8 saat sonra qadından servikal maye nümunəsi alınaraq baxılır.
- qanda progesteron hormonu ölçülməsi
- endometrial (uşaqlığın iç divarından) biopsiya
- kişilərdə testis biyopsiyası (nadirən lazım olur)
-
sidikdə luteinizə edici hormon (LH) ölçülməsi: ovulyasiya zamanını
təxmin etmək və buna uyğun vaxtda cinsi əlaqəyə girmək üçün işlədilir.
- qanda hormonal analizlər (hər iki partnyorda)
- histerosalpingografiya (HSG)
- çanaq boşluğunu görmək üçün laparoskopiya (qarın boşluğunun əmeliyyatla açılaraq incələnməsi)
Müalicə
Səbəbə
bağlı olaraq çox fərqli müalicə üsulları tətbiq oluna bilər. Bəsit bir
məlumatlandırmadan dərman müalicəsi və in vitro fertilizasiya(süni
mayalanma) adı verilən olduqca mürəkkəb metodlara qədər fərqli müaləcə
üsulları mümkündür.