Qidalanma pozuqluğunun sonsuzluğa təsirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 824
Səs ver:
(səs: 1)
Sağlam qidalanmanin insan sağlamlığına müsbət təsirləri müzakirə edilməz bir gerçəkdir. Həyat tərzimiz, süfrə vərdişlərimiz, yediyimiz qidalar körpə sahibi olma şansımızı artırdığı kimi, bu şansımızı azalda bilər də. Hərəkətsizlik, həddindən artıq yemək, köklük, yağlı və şəkərli qidalarla həddindən artığ qidalanmağ sperma və yumurta keyfiyyətini azaldır və sonsuzluq problemi ilə qarşı-qarşıya qalmağa gətirib çıxarır.
 
Qidalanmada pozuntuların qadınlara təsiri
Qidalanma vərdişləri, qadınların hamilə qalma ehtimalının artması və azalması mövzusunda əhəmiyyətli bir rola malikdir. Səhv qidalanmanın sonsuzluğa səbəb olduğu iddia edilməkdədir ki, son illərdə aparılan araşdırmalarda, bol miqdarda tərəvəz, meyvə, paxlalı bitkilər qəbul edən və folikasitli multivitamin hesabına həblər yoluyla bol miqdarda dəmir qəbul edən qadınlarda hamilə qalma nisbətinin artdığı təsbit edilmişdir. Qarğıdalı yağı, zeytun yağı kimi yağların əməliyyatdan keçirilərək marqarin halına gətirilməsi və yağların qızardılması ilə əlaqadər olan trans yağların insulin hormonunun fəaliyyətini pozub yumurtlamağa maneə törətdiyi üçün sonsuzluğa səbəb olduğu düşünülməkdədir. Buna görə həddindən artıq qızartma ya da xəmir işlərindən uzaq durulmalıdır. Karbonhidratla zəngin qidaları az qəbul etməli və yağlanmağa və obezə qarşı diqqətli olmalı, yeyilən və içilən qidalarda kalori miqdarına nəzarət edilməlidir.
 
Qidalanmada pozuntuların kişilərə təsiri
Qidalanma pozuqluqları yalnız qadın artıma hüceyrələrinə deyil, kişilərin də artıma hüceyrələrinə təsir etməkdədir. Yağlı yemək istehlakının ürək böhranlarına səbəb olduğu bilinməkdədir. Buna əlavə olaraq kişilərdə sperma sayı və keyfiyyəti üzərində də mənfi bir təsirə malikdir. Buna qarşı, omeqa 3 ehtiva edən balıq yağı, qoz, kətan toxumu kimi qidalardan istifadə sperma hərəkətliliyi, forması, ölçüləri baxımından faydalıdır. Kişilərdəki artıma hüceyrələrinə təsir edən bir digər qida isə soyadı. Soyada qadınlıq hormonu, estrogenlerə bənzər bir təsir edən izoflavon adlı bir kimyəvi maddə var. Bu kimyəvi, istehlak edilən soya miqdarına görə sperma hərəkətliliyi, keyfiyyəti və xüsusilə də sayı üzərində mənfi təsirlər meydana gətirməkdədir. Soya dirək istehlak edilməsə də, biskvit kimi bir çox hazır qidada istifadə edilməsindən ötəri artıma baxımından çox ciddi bir riskdir. Sonsuzluğasəbəb ola bilər. Sağlam həyat, sağlam qidalar, həyat standartını artırar. Sağlam bir hamiləlik, sağlam uşaqlar və sağlam bir nəsil üçün tez bazardan və sağlıksız qidalardan uzaq duraq, uşaqlarımızı qoruyaq.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 824
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri