Qadın sonsuzluğunda borular və uşaqlıq kanalları ilə əlaqəli problemlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 130
Səs ver:
(səs: 1)
Uşaqlığın hər iki tərəfində yerləşən boruların yumurta və spermanın birləşməsi məqsədi və spermanın yumurtanı dölləyəbilməsi üçün qüsursuz olması lazımdır. Borularda olan problemlər qadınlarda 25 faiz sonsuzluğa gətirib çıxarır. Tüp körpə müalicələrində ilk olaraq . uşaqlıq borularında meydana gələ biləcək problemlər müəyyənləşdirilir və həll edilməyə çalışılır. Əvvəllər bu problemlərin aradan qaldırılmasının tək yolu əməliyyat idi və müsbət nəticə əldə etmək şansı olduqca aşağı idi. . Borularda tıxanıqlıq və zədələnmələr hamiləlik şansını az qala qeyri-mümkün edirdi. Ancaq tüp körpə müalicəsi ilə boruları tıxalı və zədələnmiş qadınlarda hamiləlik şansı olduqca artdı. Əgər borularda maye toplanmamışdırsa kanalların tıxanıqlı ilə bağlı sonsuzluq problemlərində tüp körpə müalicəsi ilə olduqca yüksək nəticələr əldə edilir.

Borularda  zədə və tıxanıqlıqlar; infeksiyalı xəstəliklər, cinsi yollarla yoluxulan viruslar, vərəm mikrobu, yumurtalıq kistləri ya da nəsilartırma bölgəsində keçirilən əməliyyatlar və endometriozis xəstəliyi ilə bağlı inkişaf edə bilər. Borularda olan  xəstəlikləri təsbit etmək üçün ən təsirli üsul uşaqlığın dərmanlı rentgen filminin çəkilməsidir. Dərmanlı uşaqlıq rentgen  filmi ilə uşaqlıq içində yaranan problemlər rahatlıqla aşkar edilir. Lakin uşaqlıq filminin çəkildiyi zaman həddindən artıq ağrı ilə bağlı olaraq açıq olan boru bağlı kimi görünə bilər. Əgər sonsuzluq diaqnozu qoyulan xəstənin uşaqlıq borularında hər hansı bir problem müəyyən olunarsa xəstə daha dəqiq bir şəkildə araşdırılmalıdır. Araşdırmada istifadə ediləcək ən təsirli üsul  laporoskopiyadır. Bu zaman xəstəyə cərrahı əməliyyat ya da tüp  körpə müalicəsi tətbiq olunur.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri