Sonsuzluq və onun müalicəsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 655
Səs ver:
(səs: 0)
Sonsuzluq xoşagəlməz, çox narahatedici diaqnoz olduğuna görə, xəstəyə bu diaqnozu qoymağa tələsmək lazım deyil. Gəlin əvvəl baxaq sonsuzluq nədir, nə zaman sonsuzluq haqqında danışmaq olar. Bəzi insanlar sonsuzluğu son nögtə, çarəsi olmayan bir dərd kimi başa düşürlər. Amma bu belə deyil.
Hamiləliyin qarşısını alan vasitələrdən istifadə etməmək şərti ilə, 1 il ərzində müntəzəm cinsi əlaqə fonunda hamiləlik baş vermədiyi halda, ailə cütlüyü sonsuz hesab edilir.
Beləliklə, evlilikdən sonra 1 il müddətində ailə cütlüyündə uşağın olmaması problemi meydana çıxmışdır. Bəs bu halda nə etməli, hansı müayinələr, müalicələr aparılmalı? Həkimlərin ümumi rəyinə görə, bu halda daha effektiv müalicə üsulunu müəyyən etmək üçün, ilk növbədə, sonsuzluğun səbəbini (və ya səbəblərini) müəyyən etmək lazımdır.
Azərbaycan ailəsində -qəbul edilmiş ümumi ənənəyə görə- uşaq olmamsınını “günahını” ilk növbədə qadında görürlər. Nəticədə qadın sonsuz sayda müayinələr keçir, yeni və daha yeni müalicə kursları alır, lakin hamiləlik yenə də baş vermir. Bu zaman həm xeyli miqdarda vəsait xərclənir, həm də qiymətli vaxt itkisi baş verir. Yalnız günlərin birində, kişi özü “cəsarət göstərib” müayinə üçün həkimə müraciət etdikdə, uşağın olmamasının əsas səbəbkarı məhz onun sağlamlığında pozğunluqların olduğu və ya ailə cütlüyü arasında immunoloji uyğunsuzluğun olması aşkar edilmiş olur.
Sonsuzluğun müalicəsinə bu cür yanaşılması qətiyyən düzgün hesab edilmir! Sonsuzluğun səbəb bir halda kişi orqanizmindəki pozğunluqlardan , digər halda qadın orqanizmindəki pozğunluqlardan, üçüncü halda isə hər ikisindən asılı ola bilər. Bundan başqa, immunoloji sonsuzluq adlanan daha bir pataloji hal da mövcuddur. Bu zaman qadın orqanizmi kişi spermasına qarşı anticisimlər hazırlayır ki, bu səbəbdən də hamiləlik baş vermir.
Bəzi hallarda normal immunoloji uyğunluğu olan və tam sağlam olan cütlük iştirakçıları arasında da sonsuzluğun olması müşahidə edilir. Bu hallar izah olunmayan və ya idiopatik sonsuzluq adlanır.
Beləliklə, sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır. Yəni sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda (!) müayinədən keçməlidirlər.
Bəs bu müayinələr hansılardır? Bunlar əsasən aşağıdakılardır:
- Cütülüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinə keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur;
- Kişilər - spermanını keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün Spermoqrammanın müayinəsindən keçməlidirlər;
- Qadınlar:
- qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;
- USM - ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və.s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikul yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır;
- histerosalpinqoqrafiya - bü müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orda çapıqların və digər pataloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır.
Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı - Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.
Aparılan bütün bu müayinələr nəticəsində həkim, ailə cütlüyü sonsuzluğunun səbəbini (və ya səbəblərini) müəyyən etdikdən sonra tələb olunan müvafiq müalicə təyin edir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 655
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri