Sonsuzluğun səbəbləri

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 265
Səs ver:
(səs: 0)
1. Cinsi orqanların zədələnməsi və ya onlarda anadangəlmə müşahidə edilən hansısa problem

2. Kisəcikdə yerləşən və xüsusi olaraq spermanın xaricə ötürülməsi üçün nəzərdə tutulan damarın və toxum kanalcığının böyüməsi. Belə olduqda xayada hərarət artır, iş prinsipi pozulur və spermatozoidlər zədələnirlər.

3. Cinsi əlaqə yolu ilə ötürülən infeksion xəstəliklər: qonoreya, sifilis, xlamidioz, trixomoniaz və s.

4. Sidik-cins üzvlərinin, məsələn, prostat vəzi və ya sidik kanalının iltihabı.

5. Ereksiyanın pozulması, vaxtından qabaq toxumaxıtma və s.

6. İmmun pozulmaları: immunitetin işinin pozulması ilə orqanizmdə spermatozoidləri zədələməyə qadir olan xüsusi maddələr əmələ gəlir.

7. Kişi cinsi hormonunun – testosteronun çatışmazlığı. Bunun isə əsas səbəbi qanda testosteron hormonunun səviyyəsinin azalmasıdır. Buna səbəb isə xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələri isə xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. səbəblərə görə zədələnə bilər.

8. Qanda prolaktin hormonu səviyyəsinin artması. Bu hal kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində kişi sonsuzluğunun inkişafına şərait yaradır. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının səbəbi isə hipofizin şiş xəstəliyi, həmçinin davamlı stresslər ola bilər.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 265
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri