Sonsuzluq haqqında miflər və reallıqlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 292
Səs ver:
(səs: 0)
Sonsuzluq qadınlara xas xəstəlikdir.- Qədimdən də formalaşmış bu fikir təəsüf ki, günümüzdə də aktualdır. Əslində isə kişilər sonsuzluq statistikasına görə heç də qadınlardan geri qalmırlar. Sonsuz cütlüklərin ayrılamsından sonra sonsuz qadınların dünyaya uşaq gətirmələrinə və problemsiz ərlərin təkrar nikahdan belə uşağının olmamasına minlərlə nümunə gətirmək olar;

Sonsuzluq irsi xəstəlikdir.-Əslində qadının nəslində sonsuz və ya uzun müddət hamilə qala bilməyən qadınların olması xəstəliyin irsi xarakter daşımasına dəlalət etmir. Odur ki, hər bir sonsuz qadına fərdi qaydada yanaşılmalı və müalicə edilməlidir;
Sonsuzluğa valideyinlərin qan qruplarının uyğun gəlməməsi də səbəb olurRezus faktorların uygun gəlməməsi sonsuzluq yarada bilməz. Bu ən pis halda uşağın düşməsinə və ya sağlamlığına təsir edə bilər;

Sonsuzluqdan heç vaxt uşağı olmayanlar əziyyət çəkir.-Bu əsla belə deyil. Tibbə bir neçə uşağın olmasından sonra yaranan sonsuzluq faktları məlumdur. Bunun səbəbləri isə çox müxtəlif ola bilər;
Qadının heç nədən şikayəti yoxdursa və ginekoloq problemə rast gəlmirsə o sonsuz ola bilməz.-Əslində isə qadında elə gizli xəstəliklər ola bilər ki, həkim onu adi müayinə zamanı görməyə bilər. Bəzən belə gizli xəstəliklər təsadüf nəticəsində müalicə olunduqdan sonra qadınların gözlənilmədən hamilə qalma hallarına rast gəlinir;

Aybaşı rejiminin pozulması sonsuzluq yarada bilər.-Kliniki yoxlamalar sübut edib ki, aybaşı siklinin pozulması (onun tamam kəsilməsi istisna olmaqla) və ya ağrılı keçməsi döllənməyə heç cür təsir etmir. Döllənmədə isə əsas faktor aybaşının 12-14-cü günlərində yetişmiş toxum hüceyrələrinin yumurtalıqdan çıxmasıdır;

Kişinin dölləndirmə qabiliyyəti spermasının həcmindən və tərkibidən asılıdır.-Bu da yanlış fikirlərdən (aktiv spermatozoidlərin 0-a bərabər olması istisnadır) biridir. Çünki spermanın tərkibi və həcmi daim dəyişir. Buna kişinin səhhətindən tutmuş, sonuncu cinsi əlaqənin vaxtına və ya onun hər hansı bir dava-dərman qəbul etməsinə qədər müxtəlif amillər təsir göstərir;

Qeyri-müntəzəm seks sonsuzluq yaradır.-Sonsuzluq seksual aktivliklə elə də sıx əlaqəli deyil. Döllənmə üçün sekslə müntəzəm məşğul olmaq elə də vacib deyil. Çünki qadın orqanizminə düşmüş sperma aktivliyini 48-saatdan 72-saata qədər saxlaya bilir. Döllənmə isə yalnız yumurtalıqlar yetişib partladıqdan sonra mümkün olur;
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri