Qeysər kəsiyi haqda - BUNLARI BİLMƏLİSİZ!

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 4 331
Səs ver:
(səs: 0)
Qeysər kəsiyi - qarın boşluğunu yarıb körpəni uşaqlıqdan çıxarmaq üçün aparılan cərrahi əməliyyatdır. Hazırda bu əməliyyat geniş yayılmışdır. Qeysər kəsiyiəməliyyatı həm planlaşdırılmış şəkildə (əməliyyatı hələ hamiləlikdövründə təyin edirlər), həm də fövqəladə hal kimiedilə bilər (təbii doğuş zamanı ağırlaşma baş verərsə).

Əməliyyatın adının mənşəsi
“Qeysər” sözü “sezar” (hökmdar) latın sözünün formasıdır. Hesab olunurki, bu əməliyyatın adı birbaşa Qay Yuli Sezar iləəlaqədardır. Əfsanəyə görə, gələcək Roma imperatorunun anası doğuş sancıları zamanı ölüb. Qorxmuş mama həkimlərinə iti bıçağı götürüb hamilə qadının qarın boşluğunu yarmaqdan başqa seçim qalmır. Onlar heç olmasa uşağı xilas etməyə ümid edirdilər. Əməliyyat uğurlu olur, və dahi hökmdar dünyaya gəlir. Ovaxtdan da bu cür əməliyyatlar “qeysər kəsiyi” adlandırıldı.Digər tərəfdən əməliyyatın adı bununla əlaqədar ola bilər ki, Sezarın hakimiyyəti dövründə ilk dəfə olaraq doğuş zamanı qadının öldüyü halda qarın boşluğunu və uşaqlığı kəsməklə körpəni xilas etmək haqqında qanun qəbul edilmişdir. Sağ qadın üzərində ilk müvəffəqiyyətli qeysər kəsiyi 1500-ci ildə baş vermişdir. Əməliyyatı həyata keçirən donuzlarıaxtalamaqla məşğul olan isveçrəli Yakob Nufer idi.Təcrübəli mamaçalar onun hamilə arvadına yardım edə bilmədikdə o, şəhər şurasından əməliyyat üçün icazə alırvə özü qeysər əməliyyatını həyata keçirdir. Əməliyyat uğurlu olur – arvadı və uşağı sağ qalırlar.

Qeysər kəsiyini hansı hallarda edirlər?
Çox da çətin əməliyyat olmadığına baxmayaraq yenə də bu bir cərrahi əməliyyatdır. Qeysər kəsiyi əməliyyatı zamanı qadının səhhəti təbii doğuşdan daha çox təhlükəyə məruz qalır. Buna görə də hamilə qadına qeysər kəsiyini təyin etmək üçün həkimin ciddi əsasları olmalıdır. Təbii doğuşun mümkün olmadığı və ya ana və körpənin həyatı üçün təhlükəli olduğu halda mama həkim – ginekoloq əməliyyata razılıq verir. Bundan əlavə qeysər kəsiyi əməliyyatının keçirilməsi üçün mütləq pasiyentin də razılığı olmalıdır.Qeysər kəsiyi (planlaşdırılmış) haqqında qərar qəbul olunur əgər qadında:

• göz dibində dəyişikliklərolmaqla çox zəif yaxından görmə;

• şəkər xəstəliyinin və yarezus-konfliktin ağır forması;

• körpənin keçə biləməyəcəyi dar çanaq;

• cinsi herpesin kəskinləşməsi və doğuş yollarından keçdikdə dölün yoluxma təhlükəsi;

• gec baş verən ağır toksikoz;

• uşaqlıq və uşaqlıq yolunun inkişafında qüsurlar var;

• əvvəlki qeysər kəsiyindən sonra uşaqlıqda iki və artıq kəsik yeri;

• dölün (köndələn, çəp) və ya ciftin gəlişinin (uşaqlıq boynunu bağlayır və uşağa çıxmağa imkan vermir) düzgün yerləşməməsi;

• doğuş vaxtından keçdikdə.Fövqəladə hal kimi doğuş prosesində qeysər əməliyyatı çox vaxt qadınözü körpəni itələyib çıxara bilmədikdə (hətta dərmanlarla stimulyasiyadan sonra da) və ya döldə oksigen çatışmazlığı əlamətləri müşahidə edildikdə həyata keçirilir.

Əməliyyat zamanı nə baş verir?
Qeysər kəsiyi əməliyyatının gedişatında qarın boşluğu, sonra uşaqlıq yarılır və döl dərhal çıxardılır. Cərrah cifti uşaqlıq divarından soyaraq xaric edir. Uşaqlıqdakı kəsik fasiləsiz tikişlə tikilir, qarın divarı bərpa edilir, dəriyə bəndlər qoyulur vəəməliyyatdan 6 gün sonra çıxardılır. Əməliyyatdan sonra hər şey qaydasında olarsa, pasiyenti 6-cı və ya 7-ci gündə buraxırlar. Qeysərkəsiyi narkoz altında edilir. Qadın və dölün vəziyyətindən asılı olaraq anestezioloq narkoz növünü təyin edir. Hazırda, əsasən, ikinöv anesteziya tətbiq edirlər: narkoz boru vasitəsi ilə nəfəs yollarına verilir və ya onurğa beynin kanalına iynə vurulur və ağrıkəsici dərman daxil edilir, 10-15 dəqiqədən sonra bədənin iynə yerindən aşağı hissəsi keyiyir. İkinci növ anesteziya daha populyardır, çünki qadın ayıq qalır və dünyaya gələn körpəni həmin an görə bilir. Əməliyyat 20-40 dəqiqə çəkir.

Qeysər kəsiyini heç bir xüsusi göstəriş olmadan qadının öz istəyi ilə etmək olarmı?
Bəzi ölkələrdə qeysər kəsiyini qadının öz istəyi ilə həyata keçirdirlər. Bəzi hamilə qadınlar bu yolla doğuş ağrıları, uşaqlıq yolunun genişlənməsi, aralıq hissədə yarıqlar kimi problemlərdən qurtulmağa ümid edirlər.Lakin bu o qədər də asan deyil. Qadınlar bir problemdən qurtulub digəri ilə üzləşirlər:

uşaqda nevroloji pozuntular ola bilər, əməliyyat sonrası müddətin daha çox uzanması, laktasiya ilə yaşanan çətinliklər, növbəti hamiləlikdə təbii doğmaq mümkün olmaya bilər.

Qeysər kəsiyinin mənfi cəhətləri

• Zahı qadında psixoloji diskomfort. Bir çox qadınlar körpəni özləri təbii yolla dünyaya gətirmədiklərinə görə təəssüf edirlər.

• Narkozdan çıxdıqdan sonra xoşagəlməz hislər:ürək bulanması, baş gicəllənməsi, baş ağrıları.

• Doğuşdan dərhal sonra qadın özü müstəqil şəkildə körpəyə qulluq edə bilmir.

• Doğuşdan dərhal sonra qadın körpəni əmizdirə bilmir.

• Kəsik yerində ağrı, doğuşdan sonra bir neçə gün müddətində yataq rejiminə riayət etmək məcburiyyəti

• Əməliyyatdan sonra vəziyyətin ağırlaşması ola bilər, mütləq şəkildə antibiotiklərlə terapiya.

• Uşaqda nevroloji pozuntular ola bilər.Bundan əlavə hesab edilirki, qeysər kəsiyi nəticəsində dünyaya gələn uşaqlar xarici mühitə daha çətin uyğunlaşırlar, çünki anadan olma anından həyatları asanlaşdırılıb, və onlar mübarizə aparmağa öyrənməyiblər. Hərçənd Qay Yuli Sezar barəsində eyni fikri demək olmaz.
Necə olursa olsun həkimlərin fikrincə, qeysər kəsiyi əməliyyatı yalnız təbii doğuşun mümkün olmadığı hallarda özünü doğruldur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri