Doğuşun ilkin mərhələsində necə davranmaq lazımdı?

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 144
Səs ver:
(səs: 0)
Bu, sutkanın saatlarından, sizə nəyin xoş gəlməsindən və əhvali-ruhiyyənizdən asılıdır. Sakitlik və dinclik saatlarında oksitosin hormonu daha asan yaranır. Məhz bu hormon sayəsində hamiləlik fəaliyyəti stimullaşır, doğuş sancılarına daha rahat dözmək olur.

Sevdiyiniz filmə baxa, gəzməyə gedə bilərsiniz, yüngül ev işləri ilə də məşğul olmaq olar və ya yaxın dostunuzu evinizə dəvət edə bilərsiniz ki, sizinlə vaxt keçirsin, başınızı qarışdırsın. Ağrıları azaltmaq üçün növbə ilə hərəkət etmək və dincəlmək, duş və vanna qəbul etmək olar. Doğuş ərəfəsində güc toplamaq üçün mümkün qədər yaxşı istirahət edin.

Doğuşun ilk mərhələlərində istədiyiniz zaman yemək və içmək olar. Bu, sizə sakitləşməyə kömək edə bilər və hətta doğuşun rahat keçməsinə də təsir edəcək. Doğuşun ilkin fazası bədənin müxtəlif pozalarını seçmək, nəfəsalma qaydalarına, vizuallaşdırma texnikasına alışmaq və bunlardan hansının doğuş sancılarının yüngül keçməsinə kömək etdiyini öyrənmək üçün ən yaxşı dövrdür.

Belə ola bilərmi ki, hiss etdiyim sancilar hələ doğuşun əlaməti olmasın?
Bəli, bu, mümkündür. Sizdə doğuşqabağı sancılar ola bilər. Bunlar uşaqlıq boynunun vəziyyətində dəyişikliklər olmasına kömək edir. Həmin dəyişmələr uşaqlıq boynunun açılması üçün zəruridir. Açılma prosesində uşaqlıq boynu öz arxa vəziyyətindən (açılışa qədər o, arxa tərəfə meyillənir) ön tərəfə doğru (kiçik çanaq mərkəzinə doğru) yerini dəyişir. Bundan əlavə o həm də qısalır və nazilir (yumşalır və hamarlaşır).

Hamiləliyin son həftələrində bu dəyişikliklər sizin üçün hiss olunmadan baş verə bilər. Ola da bilər ki, sizi saatlarla, hətta günlərlə əzələ spazmaları və sancilar narahat etsin. Bu hislər uşaqlıq boynunda baş verən ilk dəyişiklərlə (hətta bunlar açılışla bağlı olmasa da) bağlı ola bilər.

Uşaqlıq boynunda dəyişikliklərin başlanmasını həkim müəyyən edir. Hamiləliyin qırxıncı həftəsində tibbi baxış uşaqlıq boynunın "elastik deyil, bərk” olduğunu, növbəti müayinədə isə artıq "kağız kimi nazik" və açılış prosesində olacağını göstərə bilər.

Əgər uşağın başı aşağı vəziyyətdə və beli sizin belinizə tərəfdirsə, onda onun başının kiçik çanağa düşməsi və doğuşun başlanğıcı uzun müddət çəkə bilər. Bu halda sancilar ləng və qeyri-müntəzəm olur və hamilə qadını isə tez-tez bel ağrıları narahat edir.

Həkim sizə ev şəraitində doğuş fəaliyyəti artmamışdan əvvəl necə davranmaq lazım olduğunu başa salacaq. Ağrıları dərmanlarla (parasetamolla), isti vanna və ya masaj etməklə azaltmaq mümkün ola bilər. Əgər uşaq “bel belə” gəlirsə, beldəki ağrıları arada bir yarım saat ərzində iki əli və iki dizləri üstündə dayanmaqla azaltmaq olar.

Doğuşun yaxınlaşdığını necə bilmək olar?
Doğuşun yaxınlaşmasının əlamətləri:

Uşağın başı kiçik çanaqda doğuşqabağı vəziyyətə keçdikdə yaranan rahatlıq hissi. Siz rahat nəfəs almağa başlayırsınız.

Daha çox yemək yeyə bilərsiniz, ancaq bu halda daha çox sidik ifrazina çağırış yaranır, bəzən isə gəzmək çətinləşir;

Uşaqlıq yolundan ifrazat daha çox və "selikli" olur;

Daha tez-tez və intensiv sancı məşqləri baş verir;

Əhvali-ruhiyyənin dəyişməsi və enerji artması;

Gözlənilmədən evdə təmizlik işləri aparmağa tələbat.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 144
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri