Doğuşun yaxınlaşmasının əlamətləri

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 630
Səs ver:
(səs: 0)
Hər bir qadında doğuşun gedişatı fərdi olur. Bunun sizdə necə başlayacağını qabaqcadan bilmək olmaz. Buna baxmayaraq, doğuşqabağı dövrdə, doğuşun başlanğıc və aktiv fazalarında orqanizmdə müşahidə edilən bir sıra spesifik xüsusiyyətlər mövcuddur.

Doğuşqabağı dövrdə və ya doğuşun başlanğıc (latent) fazasında sizdə aşağıdakı əlamətlər ola bilər:

Beldə fasiləsiz ağrılar, qarında aşağı dartan ağrılar və ya spazmalar (aybaşı ağrılarına bənzəyən).

Ağrılı yığılması (sancılar), bunlar arasındakı vaxt bərabər olaraq get-gedə qısalmaqla təkrarlanır, tədricən daha uzunmüddətli və intensiv olur.

Suların ayrılması. Döl qovuğu parçalanır və su gur gəlir və ya nazik şırnaqla süzülür. Hər iki halda doğum evinə zəng vurmaq və suyunuzun açıldığını bildirmək lazımdır.

Qırmızımtıl və ya qanlı selikli ifrazat uşaqlıq boynuna girişi bağlayan selikli qişa epitelinin qopmasının əlamətidir. Bu, doğuşdan bir neçə gün əvvəl və ya bilavasitə doğuşdan qabaq baş verə bilər. Selikli qişa epitelinin qopması orqanizmin doğuşa hazırlaşmasını göstərir.

Qarında ağrı və ya stulun boşalması.

Kəskin emosional hallar, əhvalın tez-tez dəyişməsi.

Yuxunun pozulması.

Doğuşqabağı dövrdə və ya doğuşun başlanğıc fazasında sizin özünüzü necə hiss etməyiniz aşağıdakı amillərdən asılıdır:

Əvvəllər doğmusunuzmu?

Siz ağrılara nə qədər həssassınız və buna necə dözürsünüz?

Sizi gözləyən doğuş prosesinə psixoloji cəhətdən nə dərəcədə hazırsınız?

Nə vaxt həkim çağırmaq lazımdır?
Çox güman ki, aktiv doğuş fazasının başlandığını ehtimal etdikdə nə etməli olacağınızı artıq həkimlə müzakirə etmisiniz. Buna baxmayaraq, hətta vaxtın çatdığına əmin olmadıqda belə ona zəng vurmaqdan çəkinməyin. Doğuşun hansı fazasında olduqlarını müəyyən etməyə çətinlik çəkən və onun məsləhətlərinə ehtiyatlı olan hamilə qadınların zəngləri həkim üçün adi bir haldır.

Hətta sizin səsinizin tonu da vəziyyətiniz haqqında həkimə çox şey söyləyə bilər, buna görə də telefonla söhbətin faydası ola bilər. Həkim sancıların hansı intervalla tutması ilə, sancılanarkən danışa bilib-bilməməyinizlə, daha hansı əlamətlərin olması ilə maraqlanacaq.

Əgər siz stasionar şəraitdə doğmağa hazırlaşırsınızsa, çox ola bilər ki, müayinə üçün sizə gəlməyi təklif etsinlər.

Əgər həkim hələ də doğuşun başlanğıc fazasında olduğunuzu müəyyən edərsə, vəziyyətinizdən və istəyinizdən asılı olaraq, doğuş fəaliyyətinin başlanmasını evdə gözləyə bilərsiniz.

Aşağıdakı hallarda mütləq həkimlə əlaqə saxlayın:
Suyunuz tamamilə tükənib, ya da siz düşünürsünüz ki, su açılıb.

Dölün hərəkətləri zəifləyib.

Əgər sizdə vaginal qanaxma başlanmışdırsa (əgər bu yalnız döl qovuğunun planlı ayrılma prosedurundan sonra azacıq ifrazat və ya selikli qişa epitelinin qopmasından sonra qanlı ifrazat deyilsə). Hərarətiniz qalxmışdırsa, baş ağrılarınız varsa və ya ağrılar zamanı gözləriniz zəifləyirsə.

Əgər sizi başqa narahat edən bir şey varsa, onda hamiləlik zamanı diqqətdən kənarda qalması məsləhət görülməyən bəzi əlamətlərlə tanış olun.

Sizə və yoldaşınıza doğuş sancılarının necə olduğunu nümayiş etdirən videoya baxmaq faydalı olar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri