Doğuş üçün ƏN İDEAL YAŞ

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 317
Səs ver:
(səs: 0)
Normal doğuş və sağlam körpə dünyaya gətirmək üçün həkimlər qadınlara ailə planlaşdırılması məsələsinə diqqətlə yanaşmağı tövsiyə edirlər. Və bu məsələdə gələcək ananın yaşı da mühüm rol oynayır. Son zamanlara qədər belə hesab olunurdu ki, doğuş üçün ideal yaş həddi 20-27-dir. Amma alimlərin son kəşfi bütün bu nəzəriyyələri təkzib edib.
Hansı yaşda ana olmaq barədə bütün dünyada çoxlu mübahisələr gedir. Bir tərəfdən gənc anaların orqanizmi daha möhkəm olur, onların yumurta hüceyrələri yetkin qadınlardakı kimi ətraf mühitin zərərli təsirlərinə məruz qalmır. Ancaq digər tərəfdən qadınlar ilbəil nikaha daha gec yaşda girir, daha çox öz karyerası ilə məşğul olur, səyahət edir və gənclik illərini daha qayğısız keçirməyə üstünlük verirlər.

Texas Universitetinin professoru doktor Con Mirovski müəyyən edib ki, müasir həyat tərzi sürən qadının ana olmaq üçün ideal yaşı 34-dür. Professor bunu aşağıdakı arqumentlərlə izah edib.

34 - qadın orqanizmi üçün dünyaya sağlam uşaq gətirmək baxımdan optimal yaşdır. Bundan başqa, gənc yaşda qadınlar doğuşu çətinləşdirə biləcək müxtəlif xəstəliklərdən əziyyət çəkir. Psixoloqlar da bu nəzəriyyəni müdafiə edib. Onların apardığı tədqiqatlar təsdiq edib ki, 30 yaşda qadınların tərəf müqabili ilə münasibətləri daha ciddi və stabil hal alır, sabit qazancları olur. Nəticə etibarı ilə kifayət qədər həyat təcrübəsi olan qadın uşağa daha yaxşı tərbiyə verə bilir.

Lakin həkimlər onu da xəbərdar edib ki, qadınlarda 35 yaşdan sonra xroniki xəstəliklərin inkişafı və ağırlaşması riski, o cümlədən reproduktiv sisteminin xəstəlikləri artır. Odur ki, bu yaşdan sonra hamiləlik ciddi həkim nəzarəti altında planlaşdırmalıdır.
Hansı yaşda ailə qurub övlad sahibi olmağı düşündüyünüzdən asılı olmayaraq unutmayın ki, bu, çox məsuliyyətli qərardır və uşağın dünyaya gəlməsi sizin bütün həyatınızı dəyişəcək. Ona görə də buna böyük ciddiyyətlə yanaşmaq lazımdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri