Həftədə üç dəfə idmanla məşğul olmaq yetərli deyil

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 005
Səs ver:
(səs: 0)
Alimlərin qənaətinə görə, həftədə üç dəfə idmanla məşğul olmaq arteriyaların sağlamlığını qorumaq üçün yetərli deyil.

Qadınla.Com bildirir ki, hər hansı fiziki fəallığın ürək-damar sisteminə faydalı olmasına baxmayaraq, arteriyaların və ürəyin qocalmasının qarşısını almaq üçün həftədə beş-altı gün idmanla məşğul olmaq lazımdır.

Alimlər yaşı 60-dan yuxarı 100 nəfərin fiziki fəallığı üzərində müşahidə aparıblar.
Ən azı 25 il idmanla məşğul olan bu insanları iki qrupa - həftənin iki gününü fiziki məşğələlərə ayıranlara və beş-altı gün məşq edən peşəkar idmançılara bölüblər. Alimlərin məqsədi bu iki qrupa daxil olanların arteriyalarında və damarlarında gedən qocalma prosesini müəyyən etmək olub. Onların zərərli vərdişləri - spirtli içki və siqaretdən istifadə etmələri nəzərə alınmayıb.

Məlum olub ki, həftədə iki-üç gün idmanla məşğul olanların boyun və baş nahiyəsində qanın daxil olduğu orta arteriyalar sağlamdır, lakin bədən hissəsinə qan daşıyan daha böyük damarlarda elastiklik azalıb. Peşəkar idmanla məşğul olanlarda isə həm orta, həm də iri arteriyalar sağlam və elastik qalıb.

Tədqiqatlara rəhbərlik edən Benjamin Livayn deyib: "Bu araşdırmalar olduqca əhəmiyyətlidir, çünki əldə etdiyimiz nəticələr əsasında yaşlı insanlarda ürək-damar sisteminin sağlamlığını qorumaq, arteriyaların elastikliyini artırmaq üçün kompleks məşğələlər hazırlamaq olar".

B.Livayn əlavə edib ki, 70 yaşdan sonra hər gün idmanla məşğul olan insanda ürəyin qocalması prosesinin qarşısını almaq və arteriyaların strukturunu dəyişmək mümkün olmur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri